Rentgenoqrafiya

Rentgenoqrafiya daxili orqan (xüsusilə tənəffüs orqanlarının) və sümük sistemi patologiyaları zamanı ən geniş istifadə edilən diaqnostika üsullarından biridir. Hazırkı dövrdə rentgen müayinələri, bir qayda olaraq, diaqnostik prosesin ilkin mərhələlərində aparılır və digər müayinə növləri, ultrasəs müayinəsi və kompyuter tomoqrafiyası ilə kombinə olunur.

Rentgen müayinəsi aparılarkən şüalanmanın intensivliyi nəzərə alınır. Bu zaman həkim-rentgenoloq insan sağlamlığına əhəmiyyətli zərər yetirməyən minimal birdəfəlik rentgen şüalanma dozasını seçir.

Müasir cihazlar minimal şüalanma ilə müşayiət olunmaqla (rentgen şüalanma səviyyəsi) rentgenoskopiyanı, ağciyərlər, uşaqlıq boruları və digər orqanların, eləcə də, onurğa və bütün digər sümüklərin rentgen müayinəsini həyata keçirməyə imkan verir. Ən yaxşı tibb mərkəzlərində - şübhəsiz ki, bunlardan biri də RDM-dir – çox zəif rentgen şüalanmasının tətbiqi ilə yüksək keyfiyyətli şəkillər almağa imkan verən rəqəmli “Philips” avadanlığı istifadə edilir. Bu isə az əhəmiyyət kəsb etmir! Həmçinin, bizim rentgen cihazımızın üstünlüyü ehtiyac olarsa, onurğanın sütununun bütün şöbələrinin eyni zamanda təsvirinin alınmasına imkan verməsindədir.

Klinikamızda istər bizim, istərsə də digər tibb müəssisələrinin (poliklinika, qadın məsləhətxanası və s.) mütəxəssisləri tərəfindən verilən göndərişlər əsasında praktik olaraq istənilən rentgenoqrafik və rentgenoskopik müayinələr həyata keçirilir. Bizim mərkəzdə lazımi nahiyənin tez, keyfiyyətli və təhlükəsiz rentgenoqrafiyasını apara bilərsiniz!

 

Rentgen diaqnostika ilə əlaqədar istənilən sualların cavablandırılması üçün, eləcə də, bu və ya digər müayinənin qiyməti, gəlmək istədiyiniz vaxtın razılaşdırılması və s. kimi məsələlərlə əlaqədar +99412 530 90 29 nömrəsi vasitəsilə bizə müraciət edə bilərsiniz. Klinikanın yerləşmə yerinə Əlaqə bölməsində tanış ola bilərsiniz.