Laborator müayinə və analizlər

Əksər xəstəliklərin keyfiyyətli diaqnostikası və müalicə təyin edilməsi üçün analizlər mütləq vacibliyə malikdir. Məhz analizlər inkişaf etməkdə olan xəstəlik barəsində onun erkən mərhələsində, klinik simptomatika ilə özünü büruzə vermədən mütəxəssisə məlumat verə bilər. Bu, vaxtında müalicəyə başlamağa və xəstənin tez sağalmasına ümid etməyə imkan verir. Digər tərəfdən, çox vaxt tamamilə müxtəlif (lakin eyni dərəcədə təhlükəli!) xəstəliklər bənzər simptomatikaya malik olur. Analiz aparmadan diaqnoz qoymaq çətindir və ağır nəticələrə səbəb olacaq səhvlərə yol verilə bilər. Problemlərdən necə çəkinməli? Analiz verməklə!

Analizləri harada verməli?

Sürətlə gedən zamanda xəstələr gözləyə bilmir, çox vaxt analiz nəticələrinin təcili – bir neçə saat, bəzən isə dəqiqələr içərisində alınması vacib olur. Bəzilərinə evdə analiz vermək rahatdır. Amma istənilən halda nəticələr xətasız olmalıdır.

Məhz bu iki tələb (nəticələrin təcili və xətasız əldə olunması) qoyulan suala cavab verir. Analizlərin bütün sutka boyu istirahətsiz işləyən, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaya malik klinikada verilməsi daha uyğundur. Bizim RDM klinikamızda məhz belə - müasir, ən yaxşı avtomatik analizatorlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. ISO 15189 sertifikatını almış laboratoriyada iş beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir.

Laboratoriyamızın personalı müasir avadanlıqlarla iş üzrə təlim və attestasiyadan keçmişdir, ona görə də, səhvə yol verilməsi ehtimalı demək olar ki, sıfırdır. Həmçinin, analizləri evdə vermək də mümkündür.

 

Tərəfimizdən, müalicə həkiminizin Sizə təyin edə biləcəyi analizlərin demək olar ki, hamısı aparılır:

  • Qan (ümumi, klinik, biokimyəvi, şəkər, hormonlar);
  • Nəcis (ümumi, disbakterioza görə);
  • Sidik (ümumi, Niçiporenko üzrə);
  • İnfeksiyalar, eləcə də, gizli olanlar
  • XİQ də daxil olmaqla, hamiləlik zamanı bütün analizlər
  • Genetik müayinə (PCR, DNT)

 

Laboratoriyamızın harada yerləşməsi barədə Əlaqə bölməsində məlumat ala bilərsiniz. Burada həm telefon nömrələri, həm də ünvan və marşrut göstərilir. Sizə rahat olan vaxtda gələ və analiz verə bilərsiniz.

Nəticələri almaq üçün klinikamıza gəlmək vacib deyil, analizin nəticələrini elektron ünvan vasitəsilə yaxud da saytımızda qeydiyyatdan keçməklə əldə edə bilərsiniz.