İynə refleksoterapiyası

Hətta on beş il əvvəl bu üsul kifayət qədər ekzotik idi və panaseya olmasa da, yüksək təsir gücünə malik və sadə vətəndaşlar üçün əlçatan olmayan bir vasitə hesab edilirdi. Hazırda, bu üsul artıq o qədər də əlçatmaz deyildir.

 

İynə refleksoterapevtinə müraciət edən xəstəni nə gözləyir:

  1. Xidmətlərlə əlaqədar kifayət qədər yüksək xərclər. Seansların sayı 10-15 arasında dəyişir. 95% hallarda 1-2 aydan sonra təkrar müalicə kursunun aparılmasına ehtiyac olur. Digər sözlə, hətta beliniz sizi artıq incitməsə də, təkrar müalicə kursu üçün vaxtınız və maddi vəsaitinizi planlaşdırmalısınız.
  2. Əgər müalicə xəstə orqanizminizin özünəməxsus xüsusiyyətləri nəzərə alınmadan başlanmışsa, xəstəliyin kəskinləşməsi mümkündür. Əgər belə kəskinləşmənin qarşısını iynə-refleksoterapevti ala bilmirsə, növbəti həkiminizin düzgün müalicə kursunu seçməsi çox çətin olacaqdır.

 

Müalicəvi masaj

Masajın istifadəsinə bir sıra əks-göstərişlər mövcuddur.

Əks-göstərişlər

Tibbi masaja əks-göstərişlərə bir sıra aşkar bilinən və gözlə müəyyən edilə bilən vəziyyətlər, yəni:

  • Dərinin iltihabi prosesləri;
  • İrinli səpgilər;
  • Kəskin mərhələdə olan yoluxucu xəstəliklər;
  • Bədən hərarətinin yüksəlməsi və s.

 

Eləcə də gizli olanlar, məsələn:

  • Daxili orqanların xoş və bədxassəli şişləri;
  • Qan təchizatının qeyri-qənaətbəxş olması, qan xəstəlikləri;
  • Qaraciyər və böyrək çatışmazlıqları
  • Zöhrəvi xəstəliklər və s. aiddir.

Müalicəvi masaj yalnız həkim müayinəsi və əgər ehtiyac olarsa, əlavə laborator müayinələr aparıldıqdan sonra həkim tərəfindən təyin oluna bilər. İstənilən xəstəlik və sağlamlıqla əlaqəsi olan hər hansı bir vəziyyətin müalicəsi zamanı tibbi yardım digər klinikaların yalnız əldə etməyə ciddi-cəhdlə çalışdığı nümunə və ideala çevrilmişdir.