Cərrahiyyə

Cərrahiyyə

Xaricdə təcrübə keçmiş yüksək səviyyəli mütəxəssislər klinikamızın unikal imkanlarından istifadə etməklə ən qısa müddətdə ən dəqiq diaqnostika və keyfiyyətli müalicəni təmin edirlər:

  • Üçölçülü rekonstruksiya imkanına malik ultrasəs müayinəsinin bütün növləri, rəngli doppler skanerləməsi, punksiyalar və kiçik cərrahi əməliyyatların aparılması zamanı nəzarət;
  • “Olympus” diaqnostik kompleksləri ilə endoskopik müayinənin bütün növləri;
  • Klinikanın öz bazasında aparılan 200-dən artıq müayinə növləri;
  • Ambulator az travmatik cərrahi müdaxilələrin aparılması;
  • Müayinə və müalicənin aparılması zamanı maksimal komfortu təmin edən günlük stasionar;

 

Cərrahi şöbəmiz aşağıdakılardan təşkil olunmuşdur:

  • Ən yeni tibbi texnologiya, müasir dizayn və holistik yanaşmanın kombinasiyası;
  • Beynəlxalq tələblərə uyğun olaraq layihələşdirilmiş və ən son nəsil cərrahi avadanlıqlarla təchiz olunmuş əməliyyat zalı;
  • Ən müasir avadanlıqlarla təchiz edilmiş oyanma və reanimasiya otağı;
  • Avropa və Türkiyənin aparıcı klinikalarında təcrübə keçmiş təcrübəli cərrahlar;
  • Endovideoavadanlıqların istifadəsi ilə yüksək texnoloji, az travmatik əməliyyatlar;
  • Ultrasəs diaqnostikası və əməliyyat zamanı nəzarət
  • C-qövsü.

RDM-də müxtəlif yaşlı uşaqlarda aşkar edilmiş patologiyaların cərrahi müalicəsi aparılır. Həyatının birinci günündən körpə uşaq cərrahının nəzarətində olur ki, sonuncu da istənilən patologiyanı vaxtında aşkar edir və körpəyə zəruri diqqəti təmin edir.

 Klinikamızda tətbiq olunan müasir texnologiyalar əməliyyatdan sonra xəstəxanada qalma müddətinin 1-3 günədək azaldılmasına və daha sonra ev stasionarı şəraitində xəstəyə nəzarət etməyə imkan verir.

Kondisionerli, müasir rabitə vasitələri ilə təchiz olunmuş rahat birnəfərlik palatalar Sizə öz biznesinizi effektli şəkildə idarə etməyə və son hadisələrdən xəbərdar olmağa imkan verir.