Stasionar

Heç kim üçün sirr deyil ki, evlə müqayisədə, yaxşı təchiz olunmuş xəstəxana şəraitində əksər xəstəlikləri daha tez və daha müvəffəqiyyətlə müalicə etmək mümkündür, ona görə də, RDM-in stasionar şöbəsi klinikamızın vacib və yüksək əhəmiyyətli struktur elementidir. Burada biz xəstələrin yerləşməsi və müalicəsi üçün Bakının bir çox ödənişli stasionarlarının öyünə bilməyəcəyi şəraiti yaratmağa çalışmışıq. Bunun sayəsində, bizim həkimlərimiz ən ağır və dərinləşmiş xəstəliklərin öhdəsindən uğurla gələ bilirlər. Klinikamızda xəstələrə mükəmməl qayğı göstərilir – bu isə müalicə prosesinin vacib komponentidir. Bütün palatalar bir nəfərlikdir və hər bir palatada televizor və bütün gigiyena vasitələri mövcuddur. Palatalar tibbi personalın çağırılması sistemi ilə təchiz olunmuşlar, ehtiyac olduqda tibbi heyət dərhal xəstəyə zəruri yardımı göstərir. Şöbələrdə qış bağçaları vardır ki, burada da xəstələr istirahət edə və onlara baş çəkənlərlə görüşə bilirlər. Xəstənin qidalanması həkim tərəfindən təyin edilmiş pəhriz rejiminə müvafiq aparılır.

Həmçinin, bizdə günlük stasionar adlanan tibb xidməti də mövcuddur.

Klinikamızın günlük stasionarı yuxarıda qeyd edilən bütün imkanlara sahibdir. Günlük stasionar vəziyyəti ginekoloq üçün narahatlıq doğuran hamilə qadınlar üçün xüsusilə effektlidir. Günlük stasionar şəraitində gələcək analar bütün dəstəkləyici və ya diaqnostik prosedurlarla təmin olunurlar, lakin eyni zamanda müalicə xəstənin ailəsindən ayrı qalması ilə əlaqədar yaşanan stressə ehtiyac olmadan keçir. Müayinə və prosedurlar səhər başlanır və axşam başa çatdırılır. Bu zaman xəstə özünü rahat hiss edir və personalımızın diqqət və qayğısı ilə əhatə olunur.

Klinikanın ən müasir avadanlıqlarla (müalicəvi, diaqnostik, laborator) təchiz olunması həkimlərimizə aşağıdakı imkanları verir:

  • Xəstəlik və ya travmaların dəqiq və maksimal operativliklə diaqnostika edilməsi. Bizim həkimlərimizin ixtiyarında həm maqnit-rezonans tomoqrafiyası, həm ultrasəs müayinə avadanlıqları, həm ən müasir rentgenoloji cihazlar, həm də bütün imkanlara malik, xəstəliyin səbəbinə konkret olaraq gözlə nəzər salmağa və hətta onun şəklini çəkməyə imkan verən endoskopik dəstlər və angioqraflar vardır!
  • Ən qısa zaman ərzində həkim tərəfindən təyin edilmiş bütün analizlərin icra edilməsi;
  • Hər bir xəstəyə yardım göstərilməsi üçün dəqiq və maksimal effektli strategiyanın işlənib hazırlanması və bu zaman lazımsız təyinatlara yer verilməməsi;
  • Xəstələrin maksimal sürətlə müalicəsi

Hansı tibbi probleminizin olmasından asılı olmayaraq, biz Sizə kömək edə bilərik! RDM-in stasionarında istənilən planlı və təcili hospitalizasiya sağalmağa gedən yoldur!