Təcili yardım və intensiv terapiya

 Həyat təhlükələrlə doludur, onlar bizi hər yerdə təqib edir və təxirəsalınmaz tibbi yardımsız keçinmək çox çətindir. Mərkəzimizdə ən müxtəlif vəziyyətlərdə xəstələrin xilas edilməsi üzrə geniş təcrübəyə malik, yüksək ixtisaslı həkim-reanimatoloqlar çalışırlar.

 

RDM-in təcili tibbi yardım xidmətinin çağırılması sutka ərzində fasiləsizdir:

  • Böyüklər və uşaqlar üçün ödənişli təcili yardım;
  • Reanimasiya xidməti;
  • Böyüklər və uşaqların RDM-in və şəhərin istənilən digər stasionarında hospitalizasiyası;
  • Xəstələrin evdən və ya müalicə müəssisəsindən müxtəlif tibb mərkəzləri və klinikalara müayinə üçün nəql edilməsi;
  • İdman yarışları, bayramlar və kütləvi tədbirlər zamanı təcili yardım briqadasının növbədə durması

 

Zəng edin: +99412 530 90 29  (24 SAAT ƏRZİNDƏ FASİLƏSİZ)

 

Ödənişli təcili yardım xidmətimizin mütəxəssis-reanimatoloqlar briqadası Mercedes reanomobillərində ezam olunur ki, sonuncular da xəstənin hospitalizasiyasına qədər olan müddətdə təcili müalicənin başlanması üçün bütün zəruri avadanlıqlarla təchiz olunmuşlar. Mobil avadanlıqların tərkibinə ağciyərlərin süni ventilyasiya aparatları, defibrillyatorlar, elektrokardioqraflar, portativ diaqnostik cihazlar və bir çox digər elementlər daxildir.

Təəssüf ki, xəstələrin evdə və ya ambulator şəraitdə effektiv müalicəsi heç də həmişə mümkün deyil. Çox vaxt xəstənin hospitalizasiyası tələb olunur. Burada xəstəni hər zaman, lakin bezikdirici olmayan diqqət və qayğı ilə əhatə edən yüksək ixtisaslı həkimlər və tibb bacıları işləyir. Xəstələrimizin xidmətinə işıqlı, geniş və komfortlu “Lüks” palatalar verilir. Xəstələrin təcili hospitalizasiyası RDM-in ödənişli təcili yardım xidmətinin həkimləri və ya briqadaları tərəfindən, həyati göstərişlər əsasında RDM-in öz stasionarında, eləcə də, profili xəstəliyin (və ya travmanın) xarakter və ağırlıq dərəcəsinə maksimal şəkildə uyğun gələn digər müalicə müəssisələrində həyata keçirilir. Bu halda xəstəlik tarixinin təfsilatlı araşdırılması aparılmır və analizlər olunmur, zaman qiymətlidir və xəstənin müalicə müəssisəsinə yerləşdirilməsi təxirəsalınmaz qaydada aparılır.

Reanimasiya və intensiv terapiya şöbəsi 6 çarpayılıqdır. Şöbə çoxfunksiyalı kardiomonitorlar, infuzomatlar, müasir tənəffüs aparatları, portativ rentgen avadanlığı, müasir ultrasəs cihazı və s. ilə təchiz olunmuşdur.

Reanimasiya şöbəsində terapevtik kardioloji profilli xəstələrin intensiv terapiyası aparılır. Blokda həkim anestezioloq-reanimatoloqlar çalışır. Onların hər biri kardioloji profilli xəstələrlə iş üzrə böyük təcrübəyə malikdirlər və əvvəllər kardiologiya ixtisası üzrə əlavə peşəkar hazırlıq keçmişlər. Kardioreanimasiya blokunun əsas vəzifəsi kəskin koronar sindromdan əziyyət çəkən, postoperativ, orqanizmin həyati vacib funksiyaları stabilləşənədək trombolitik terapiya da daxil olmaqla, müasir müalicə-profilaktika üsullarının bütün kompleksinin tətbiqi ilə intensiv müşahidə və müalicəyə ehtiyacı olan xəstələrə yüksək ixtisaslı yardımın göstərilməsidir. Reanimasiya şöbəsi müasir müalicəvi-diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Xəstələr ən qısa müddətdə baş beyin KT-si, MRT, angioqrafiya, teletibbi konsultasiyaların aparılması imkanı, baş, boyun, ürək və s. damarların ultrasəs müayinəsi kimi zəruri müayinələrlə təmin olunurlar, müxtəlif profillərdən olan həkimlərin – kardioloq, terapevt, oftalmoloq və s-nin konsultasiyası aparılır. İşemik insultdan əziyyət çəkən xəstələrdə trombolitik terapiyanın aparılması da daxil olmaqla, xəstələrə kəskin serebrovaskulyar patologiyanın müasir müalicə səviyyəsinə uyğun intensiv konservativ terapiya aparılır, endovaskulyar müdaxilələr həyata keçirilir.

Reanimasiya və intensiv terapiya şöbəsi mərkəzləşmiş oksigen təchizatı sistemi ilə təmin olunmuşdur.

Telefon nömrələrimizi qeyd edin (+99412 530 90 29), ehtiyac olduqda bizə zəng edin və sağlam olun!