Venaların varikoz genəlməsinin müalicəsi

Venaların varikoz genəlməsi kifayət qədər geniş yayılmış patologiya olub, kişilərin 10%, qadınların isə 30 %-ində təsadüf edir və illər keçdikcə xəstəlik “cavanlaşmağa” meyl edir. Başlanğıc mərhələlərdə venaların varikoz genişlənməsi xəstə üçün heç bir narahatlıq törətməyə bilər, lakin zaman keçdikcə ödemlər, damar ulduzcuqları, nəli əzələlərdə qıcolmalar və ağrılar şəklində ilk xoşagəlməz əlamətlər meydana çıxır. Əgər varikozun profilaktika və müalicəsi vaxtında aparılmazsa, ayaqlarda gözlə görünən vena düyünləri formalaşmağa başlayır.

 

Venaların varikoz genəlməsinin səbəblərinə aiddir:

  • İrsi amil;
  • Hipodinamiya;
  • Orqanizmdə hormonal pozğunluqlar;
  • Uzunmüddətli statik gərginlik;
  • Siqaret çəkmə;
  • Hamiləlik;
  • Aşağı ətraf travmaları;
  • Ağırlıq qaldırma.

İşdə bütün günü ayaq üstündə duran və uzun müddət kompyuter və ya sükan arxasında vaxt keçirən şəxslərdə aşağı ətraf venalarının varikoz genəlməsi riski daha yüksəkdir. Bu, oturaq vəziyyətdə venaların sıxılması və buradan keçən qan cərəyanının ləngiməsi ilə əlaqədardır. Məhz bu hal aşağı ətraf venalarının varikoz genəlməsinə təkan verir.

Əmələgəlmə mexanizmi

Venaların vəzifəsi hüceyrə və orqanlardan gələn istifadə edilmiş qanı təkrar oksigenlə zənginləşmək üçün geri – ağciyərlərə qaytarmaqdır. Nazik venalar qanı ürək və ağciyərlərə doğru itələmək iqtidarında deyil və bunun üçün aşağıdakı sistemlər onlara kömək edir:

  1. Venaların daxili qişalarının çıxıntısı olan venoz klapanlar birtərəfli hərəkətin təmin edilməsi üçün tənzimləyici rolunu oynayır. Onların adekvat işi sayəsində qanın geriyə hərəkəti mümkün deyildir. Klapanlar Yerin cazibə qüvvəsinin əksi istiqamətində qanı kifayət qədər yüksək məsafəyə qaldırmalı olduqlarına görə təbiət tərəfindən üçqat venoz sistem düşünülmüşdür. Bunun sayəsində yük orqanizmin venoz sistemləri arasında paylanır.
  2. Əzələ nasosu. Venaların əzələ qişası yaxşı inkişaf etməmişdir, ona görə də qanın ürək və ağciyərlərə qovulmasına skelet əzələləri kömək edir. Onlar, yığılaraq venaları sıxır və qan orqanlara ötürülür. Əzələ pompası və klapanların işinin pozulması dərin venaların üzərinə düşən yükü artırır. Artan yükə davam gətirə bilməyən dərin venalara aparıcı rolu dərialtı venalara ötürür ki, bunun nəticəsində də sonuncular tədricən genişlənir və venaların varikoz xəstəliyini provokasiya edir (varikoz).

Belə çıxır ki, aşağı ətrafların varikozu xroniki xəstəlik olub, venaların diametrinin artması, burada qan durğunluğu, vena divarlarının nazikləşməsi və düyünlərin əmələ gəlməsi ilə xarakterizə olunur. Aşağı ətraf venalarının varikoz genişlənməsi zamanı zədələnmiş venalar dəridən görünür.

Əgər Sizi varikoz, ayaqlarda ağırlıq hissi və ya ağrı, ayaqların yorulması, ödemi, qıcolması (xüsusilə gecə qıcolmaları), venaların genişlənməsi, ayaqlarda damar toru və trofik pozğunluqlar – ayaq dərisinin tündləşməsi və dərialtı piy toxumasının qalınlaşması narahat edirsə, fleboloqa müraciət edin.

Qeyd edilən simptomlardan hətta birinin olması hər hansı venoz patologiyadan xəbər verə bilər. Ola bilsin ki, bu hal hələ xəstəlik vəziyyətinə keçməmişdir. Venoz pozğunluqların ən erkən mərhələlərdə qarşısının alınması sonradan ağrı və ya fəsadlaşma riskindən azad olmaq üçün bütün ömrü boyu həkim təlimatlarına riayət etməkdən xeyli asandır.

Klinikamızda vena və arteriyaların ultrasəs doppleroqrafiyası, ultrasəs dupleks skanerləməsi və angioqrafiya kimi kompleks müayinəsi həyata keçirilir. Bu müayinələr əsasında venalarda pozğunluqların olub-olmadığını və onların xarakterini dəqiq müəyyən etmək mümkündür. RDM-də qəbul və müalicə ən yüksək kateqoriyalı həkimlər tərəfindən aparılır. Klinikamız öz xəstələrinə ən geniş xidmətlər spektrini təklif edir. Klinikada venaların xəstəliklərindən əziyyət çəkən xəstələr üçün konsultasiyalar aparılır və xəstəlik, onun forması, mərhələsi və ağırlıq dərəcəsindən asılı olaraq tam fərdi müalicə planları tərtib olunur. Bunlarla belə, varikozun ən yaxşı müalicə üsulu onun yaranmasına ümumiyyətlə yol verməməkdir.

 

Varikoz xəstəliyinin ilk əlamətləri yaranan zaman onun daha da inkişaf etməsinin qarşısını almaq üçün sadə qaydalara riayət etmək lazımdır.

 

  1. Varikoz xəstələrinə qaynar vannalar, saunalar, günəş altında qalmaq əks-göstərişdir. Yüksək temperatur venaların tonusunu azaldır və qan durğunluğuna təkan verir;
  2. Hipodinamiya ilə mübarizə. Müntəzəm fiziki məşğələlərin köməyi ilə qan dövranını yaxşılaşdırmaq və venaları möhkəmləndirmək olar. Bu məqsədlə üzmək, fitnes, çox sürətli olmayan qaçış göstərişdir;
  3. Oturma zamanı ayaqların biri digərinin üzərinə atılmamalıdır, çünki bu zaman venalar sıxılır və qan dövranı pisləşir;
  4. Artıq çəki ilə mübarizə. Artıq çəkili şəxslərdə qanın həcmi, eləcə də, ayaqlara düşən yük artır, bu faktorların cəmi isə venaların varikoz genişlənməsinə aparıb-çıxarır;
  5. Rezini möhkəm corablar və sıx ayaqqabı, eləcə də hündür dabanlı ayaqqabı geymək olmaz;
  6. Oturma və ya durma vəziyyətində çox qalmayın, yükü növbələşdirin;
  7. Səhərlər ayaqlar üçün gimnastika və yüngül masaj edin (yalnız aşağı ətraf venalarının varikoz genəlməsinə meylliliyin olduğu, lakin onun klinik əlamətlərinin olmadığı halda!!!);
  8. Ot və qum üstündə daha çox ayaqyalın gəzin;
  9. Tünd çay və qəhvə içməyin;
  10. Televizora baxarkən və ya kitab oxuyarkən ayaqlarınızı başınızdan daha hündür səviyyədə saxlayın. Bunun üçün yastıq və ya ədyaldan düzəldilmiş yumaqcıq istifadə etmək olar.

Venaların varikoz genəlməsinin müalicəsi

Venaların varikoz genişlənməsi təkcə xəstənin həyat keyfiyyətini azaltmayıb, həm də letal (ölüm) nəticələrə səbəb ola bilər. Məhz bu səbəbdən də xəstəliyin dərinləşməsinə imkan verməməli və ilk əlamətləri meydana çıxdığı zaman klinikaya müraciət olunmalıdır. Aşağı ətraf venalarının varikoz genəlməsi problemi ilə məşğul olan ən yaxşı tibb mərkəzlərindən biri də RDM klinikasıdır.

Mərkəzimiz öz sağlamlığına diqqətlə yanaşan və xaricdə də tanınan ən yaxşı həkim-fleboloqlardan yüksək ixtisaslı xidmət əldə etməyi arzulayan şəxslərə istiqamətlənmişdir.

Bizim mütəxəssislərimiz xarici ölkələrdə təhsil almış və ya orada çalışmış həkimlərdən təşkil olunmuşdur. Klinikada, venaların varikoz genişlənməsi zamanı əməliyyatdan çəkinməyə imkan verən skleroterapiya da daxil olmaqla, varikoz xəstəliyinin ən müasir müalicə üsulları tətbiq edilir. Həkimin ixtiyarında ən müasir laboratoriya, eləcə də ən yeni avadanlıqlar (ultrasəs doppleroqrafiyası, ultrasəs dupleks skanerləməsi, angioqrafiya) və effektiv medikamentlər olur ki, bunlar da venaların varikoz genişlənməsi zamanı inanılmaz nəticələr əldə etməyə imkan verir.

Varikozun medikamentoz müalicəsində gel və məlhəmlər şəklində olan venotonik preparatların (troksevazin, lioton, venoruton və s.) istifadəsi nəzərdə tutulur. Preparatların təsirinin gücləndirilməsi üçün kompression corab və kolqotqaların geyilməsi göstərişdir. Bunlar venaları sıxmadan ətrafları ehtiyatla təzyiq göstərir.

Lakin, aşağı ətraf venalarının varikoz genəlməsi zamanı medikamentoz müalicə xəstəni varikozdan tam azat etməyib, sadəcə xəstəliyin klinik əlamətlərini azaldır və tromboflebitin qarşısını alır (stasionarda müalicə tələb edən kəskin iltihabi xəstəlik).

Aşağı ətraf venalarının varikozu zamanı cərrahi müdaxilə heç də hər xəstə üzərində aparıla bilməz. Bugünkü gündə RDM klinikasında varikozun əməliyyatsız müalicə praktikası geniş istifadə edilir. Hazırda nisbətən təhlükəsiz və effektiv üsul skleroterapiya hesab edilir. Skleroterapiya qeyri-invaziv üsul olub, bu zaman zədələnmiş venaya xüsusi preparat yeridilir. Dərman vasitəsi venanın üst qatını dağıdır və onun yapışmasına səbəb olur. 1,5 il ərzində yapışmış vena sorulur və onun nəqliyyat funksiyası sağlam venalara ötürülür.

Preparat həkim tərəfindən, aparılmış müayinələr əsasında və hər bir konkret xəstənin vəziyyətindən asıl olaraq seçilir. Effektin əldə olunması üçün 3-6 seans tələb olunur. Nəticə 2-8 həftədən sonra görünür.

Təəssüf ki, bu prosedur varikoz xəstəliyindən əziyyət çəkən bütün xəstələrə göstəriş deyildir. Təcrübəli həkim-fleboloqla məsləhətləşmək vacibdir, belə ki, üsulun səhv istifadəsi venanın rekanalizasiyasına (sklerozlaşmış damarda qan cərəyanının bərpası) gətirib-çıxara bilər. Bu zaman da prosedurun effekti sıfıra enir.

Bir sıra hallarda həkim-fleboloq əməliyyat tövsiyə edir. Bundan qorxmaq lazım deyil, çünki hazırda çoxlu sayda bənzər əməliyyatlar icra olunmaqdadır və əməliyyatdan sonrakı ağırlaşmalar çox nadir hallarda təsadüf edir.

Optimal üsulun seçilməsi diqqətli müayinə və lazımi analizlər aparıldıqdan sonra həkim-fleboloq tərəfindən həyata keçirilir.

Klinikamızda venaların varikoz genişlənməsi problemi və digər xəstəliklər üzrə Sizinlə konsultasiya aparmağa, eləcə də müayinə üçün Sizi klinikaya dəvət etməyə məmnun olardıq.