Endokrinologiya

Endokrinologiya daxili sekresiya vəziləri və onların funksiyalarının pozğunluqları ilə bağlı xəstəlikləri öyrənən elmdir.

Daxili sekresiya vəziləri maddələr mübadiləsinə təsir göstərən və beləliklə, bütünlükdə orqanizmin və ayrı-ayrı orqan və sistemlərin funksiyasını dəyişən hormonlar sintez edərək qana ifraz edirlər.

 

Endokrin sistem həyat fəaliyyətinin boy, artıb-çoxalma və orqanizmin inkişafı, eləcə də maddələr mübadiləsi kimi proseslərində son dərəcədə əhəmiyyətli mövqeyə malikdir. Endokrin sistemin xəstəliklərinə şəkərli diabet, tireoidit, hipotireoz, hipertireoz, düyünlü zob, hiperparatireoz və ya akromeqaliya kimi xəstəliklər aid edilir.

Klinikamızda şəkərli diabet, qalxanabənzər vəzi və böyrəküstü vəzilərin patologiyalarının ən müasir müayinə və müalicəsi, eləcə də, onların fəsadlaşmalarının diaqnostika və profilaktikası həyata keçirilir. Biz hər bir xəstəyə fərdi yanaşmağa zəmanət veririk: yüksək ixtisaslı mütəxəssislər xəstəliyin bütün gedişi boyunca onun xüsusiyyətlərini nəzərə almaqla optimal müalicə proqramları təklif edirlər. Endokrinoloqlarımız tərəfindən yaradılmış kompleks müalicə proqramlarına təkcə müalicə prosedurları deyil, həm də xüsusi pəhrizin işlənib-hazırlanması aiddir.

 

Əsas endokrinoloji xəstəliklər:

  • Şəkərli diabet;
  • Autoimmun tireoidit;
  • Düyünlü və ya kistoz zob;
  • Diffuz zob;
  • Hiperparatireoz;
  • İtsenko-Kuşinq xəstəliyi;
  • Addison xəstəliyi;
  • Akromeqaliya;
  • Adreno-genital sindrom;
  • Hiperprolaktinemiya və s.

Qalxanabənzər vəzinin xəstəlikləri

Endokrinoloq qalxanabənzər vəzinin xəstəliklərinin müalicəsini müasir yanaşmalara istinad etməklə, Avropa və Amerika Tireodoloji Assosiasiyalarının son tövsiyələrini nəzərə alaraq aparmaqla, hipotireoz zamanı, eləcə də diffuz toksiki zobun konservativ terapiyası fonunda eutireoid vəziyyətin müvəffəqiyyətlə dəstəklənməsinə imkan verir. Bizim mərkəzin endokrinoloqu tərəfindən diffuz toksiki zobun müalicəsinə vaxtında korreksiya aparmağa imkan verən adekvat terapiya və müşahidə bir çox hallarda əməliyyatlardan qaçılmasını mümkün edir. Qalxanabənzər vəzinin düyünlü törəmələrinin düzgün diaqnostika və müalicəsi onların həcminin kiçilməsinin və onkoloji xəstəliklərin inkişafının qarşısının alınmasının ən vacib şərtidir.

Piylənmə

Pəhriz müvəqqəti görülən tədbir olub, qida qəbulunun məhdudlaşdırılması və əksər hallarda vərdiş edilmiş olan qidaların normal rasiona daxil olmayan ərzaqlarla əvəz edilməsini nəzərdə tutur. Artıq çəki və piylənmənin müalicəsi zamanı biz fərdi qastronomik vərdişləri nəzərə almaqla qida rasionuna korreksiya aparmağa imkan verən rasional qidalanma prinsiplərindən çıxış edirik ki, bu da Sizə düzgün qidalanmanı və vərdişləri formalaşdırmanı öyrədir və beləliklə, bütün həyatınız boyu fizioloji çəkinizi qorumağa imkan verir. Xüsusi olaraq işlənib-hazırlanmış kompyuter proqramının vasitəsilə çəkinin azaldılması və maarifləndirilmə prosesində Siz və müalicə həkiminiz tərəfindən daim korrektə ediləcək fərdi menyu tərtib edirik. Daha sonra Siz özünüz də bunu etməklə əldə edilmiş nəticəni qoruyub-saxlaya biləcəksiniz.

Şəkərli diabet

Müasir terapiya prinsipləri ilə bir araya gətirildikdə daha effektiv olan rasional qidalanmanın müəyyən edilməsi şəkərli diabet xəstələri üçün də vacib məqamdır. Hazırda şəkərli diabetin müalicəsi üçün sertifikasiya edilmiş preparatların həddindən artıq geniş çeşidi mövcuddur. Onlardan hər birinin, eləcə də xəstə orqanizminin özünəməxsus xüsusiyyətləri və həmin xəstədə xəstəliyin gedişi haqda məlumatlı olmaq mütəxəssislərimizə daha effektiv müalicənin seçilməsinə və qanda şəkərin miqdarına adekvat nəzarətə nail olmağa, həmçinin şəkərli diabetin fəsadlaşmalarının inkişaf riskinin azaldılmasına şərait yaradır.

Hamiləlik

Endokrin sistemin xəstəliklərinin vaxtında diaqnostika və müalicəsi ananın sağlamlığının mühafizəsi və dünyaya sağlam körpə gətirilməsi üçün vacibdir. Bu mənada dünyanın bir çox ölkələrində hamiləliyin planlaşdırılması mərhələsində, eləcə də, onun böhran dövrlərində - 0-8-ci və 22-24-cü həftələrdə endokrinoloqun konsultasiyası mütləq hesab edilir. Mütəxəssislər endokrin sistemin gizli pozğunluqlarını aşkar edir, həmçinin qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet və digər endokrin sistem xəstəliklərindən əziyyət çəkən qadınlarda hamiləliyin başa çatdırılmasına kömək edirlər.