Urologiya

Təəssüf ki, uroloji sahəyə aid olan xəstəliklər istər kişilər, istərsə də qadınlar arasında geniş yayılmışdır. Bununla belə, özündə bu mənada dəyişiklik hissə edən heç də bütün xəstələr uroloqa konsultasiya üçün müraciət etmir.

Təbabətin bütün digər sahələrində olduğu kimi, uroloji xəstəliklərin müalicəsində də zaman faktoru çox vacibdir. Çoxdan məlumdur ki, xəstəliyin qarşısını almaq onu müalicə etməkdən asandır!

Məhz buna görə də, müəyyən yaşa çatmış şəxslər ən azı ildə bir dəfə uroloqa baş çəkməli və sidik-cinsiyyət sisteminin vəziyyətinə dair məlumat, eləcə də başvermə ehtimalı olan xəstəliklərin profilaktikasına dair tövsiyələr almalıdır.

Diaqnostika

Şübhəsiz ki, heç bir həkim-uroloq yalnız xarici müayinəyə və xəstə tərəfindən verilmiş subyektiv məlumatlara əsasən xəstənin vəziyyətini keyfiyyətli şəkildə qiymətləndirə bilməz. Obyektiv müayinə üçün uroloqa diaqnostika və sidik və qanın analiz nəticələri lazımdır. Bu müayinələrin nəticələri uroloqa gizli infeksiyalar, cinsi yolla ötürülən xəstəliklər, xəstə orqanizmində bəlkə də, artıq getməkdə olan iltihabi proseslər barədə məlumat verir.

Aydındır ki, uroloqun konsultasiyası, onun təyin etdiyi bütün analizlərin verilməsi, hər hansı xəstəlik aşkar edilərsə əlavə müayinə və müalicə üçün uroloji şöbəyə təkrar gəliş zaman tələb edən proseslərdir.

Konsultasiya və sidik-cinsiyyət sisteminin xəstəliklərinin müalicəsi üçün RDM klinikasına müraciət etməklə, tam əmin ola bilərsiniz ki, Sizi müayinə və müalicə edəcək həkim-uroloq sağlam olmanız üçün əlindən gələni (amma lazımsız xərc tələb edən əlavə heç bir şey etmədən) edəcəkdir!

Ən müasir avadanlıqlar mütəxəssislərimizə xəstəni digər müəssisələrə göndərmədən bütün zəruri müayinələri aparmağa imkan verir. Belə ki, RDM klinikasının laboratoriyaları həkim tərəfindən təyin olunan istənilən təyinatı həyata keçirmək imkanına malikdir. Bu da öz növbəsində həkim və xəstələrimizin rahatlığını təmin edir.

Lakin bu ən əsas amil deyil. RDM klinikasının ən əsas zənginliyi həkimlərimiz və mütəxəssislərimizdir. İstənilən cihaz onu işlədən insanlar olmadan ölüdür. Bizim həkimlərimiz təkcə əla mütəxəssislər olmayıb, həm də yüksək səviyyəli insani keyfiyyətlərə - insanı hiss etmə, ona diqqət göstərmə və nəzakətli olma bacarıqlarına malikdirlər. 

Əgər Siz öz sağlamlığınızın qeydinə qalırsınızsa və vaxtınız və maddi vəsaitinizi boş yerə sərf etmək istəmirsinizsə, sidik-cinsiyyət sisteminizdə heç bir xəstəliyin olmadığına əmin olmaq və müvafiq xəstəliklərin profilaktika və müalicəsinə dair həkim-uroloqun tövsiyələrini almaq üçün, eləcə də, ehtiyac olarsa, müalicə məqsədilə bizim klinikamıza uroloqun konsultasiyasına gəlin!