Terapiya

Terapiya

Terapevt klinik təbabətin ürək, tənəffüs sistemi və mədə-bağırsaq traktının xəstəliklərinin profilaktika, diaqnostika və müalicəsi ilə məşğul olan sahəsində çalışan mütəxəssisdir.

RDM-də qəbul ali kateqoriyalı terapevtlər və tibb elmləri namizədləri tərəfindən aparılır. Həkim-terapevtin konsultasiyası və zəruri müayinə Sizə rahat olan istənilən vaxtda təşkil edilə bilər.Mərkəzimizin həkim-terapevtləri düzgün diaqnoz qoymağa və zəruri müalicəni təyin etməyə imkan verən ən müasir diaqnostik avadanlıqlara malikdirlər.

Tibbi praktikada həkim-terapevt tez-tez insan orqanizminin müxtəlif orqan və sistemlərinin müxtəlif xəstəliklərini diferensiasiya edir.

Terapevt elə bir mütəxəssisdir ki, o, xəstə ilə söhbət apararaq çox geniş spektrli xəstəliklər üzrə zəruri diaqnostik prosedurların siyahısını tərtib edir, diaqnoz qoyur və müalicə aparır. Əgər aşkar edilmiş xəstəlik terapevtik ixtisasın çərçivəsindən kənara çıxırsa, o zaman terapevt xəstəni müvafiq həkimə göndərir.

Bizim tibb mərkəzimizdə terapevt nisbətən çox rast gəlinən xəstəliklərin diaqnostika və müalicəsi ilə məşğul olur ki, bunlara da aiddir:

  • KRVİ, qrip, adenovirus infeksiyası və s.
  • Tənəffüs yollarının xəstəlikləri (kəskin və xroniki bronxit, pnevmoniyalar, traxeit, plevritlər, bronxial astma və s.)
  • Mədə-bağırsaq traktının xəstəlikləri (kəskin və xroniki qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, kəskin və xroniki xolesistit, pankreatit, qəbizlik, kolitlər, xroniki hepatitlər);
  • Ürək-damar sisteminin xəstəlikləri (arterial hipertenziya, hipertoniya xəstəliyi, ürəyin işemik xəstəliyi (ÜİX), ürəyin ritm pozğunluqları, ürək çatışmazlığı, ürək qüsurları və s.);
  • Sidikçıxarıcı sistemin xəstəlikləri (kəskin və xroniki pielonefrit, kəskin və xroniki qlomerulonefrit, sidik daşı xəstəliyi);
  • Qan sistemi xəstəlikləri (anemiyalar və s.);
  • Oynaq xəstəlikləri (artritlər, artrozlar, osteoartrozlar, revmatizm və s.);
  • Sistem xəstəliklər (revmatizm, sistem qırmızı qurdeşənəyi, polimiozit, sklerodermiya, podaqra və s.)
  • Uşaqlar və böyüklərdə pnevmoniya;
  • Revmatizm.