Psixoloji yardım və nevrozların psixoterapiyası

Psixoloji yardım və nevrozların psixoterapiyası

Psixologiya psixikanın fəaliyyət və inkişaf qanunauyğunluqlarını öyrənir. Psixologiya dünyanın fikirlər, hisslər, qavrama, hərəkət motivləri, ayrı-ayrı insanların, bir neçə insanın və ya ümumilikdə cəmiyyətin davranışlarını izah edən psixoloji mənzərəsi haqda elmdir.

Psixologiyanın psixiatriyadan əsas fərqi ikincinin psixikanın normal işində baş verən ciddi kənaraçıxmaları və aydın nəzərə çarpan xəstəlikləri (məsələn, şizofreniya) öyrənməsi və müalicə etməsindədir. Müqayisədə, psixologiya sağlam psixikaya malik normal insanlara həyatın müxtəlif problemli vəziyyətlərində kömək edir və ağır və çətin anlarda – boşanma, sevimli insanın itirilməsi, şəxsi həyat və ya işdə uğursuzluqlar zamanı ruhi əziyyətləri yüngülləşdirir.

RDM-də fəaliyyət göstərən psixoloq Sizə necə kömək edə bilər?

Klinik psixoloqun işi xəstənin psixoloji resurs və adaptasiya imkanlarının artırılması, psixi inkişafın harmonizasiyası, sağlamlığın mühafizəsi, xəstəliklərin profilaktikası və dəf edilməsi və psixoloji yardıma yönəlmişdir.

Beləliklə, RDM-də klinik psixoloqun konsultasiyası Sizi sadəcə müvəqqəti sakitləşdirəcək və yayındıracaq söhbətdən ibarət deyil.

Mütəxəssisə kömək üçün müraciət etməklə Siz, psixi sağlamlıq vəziyyətinizi diaqnostika etdirə biləcək, vaxtında psixoloji yardım əldə edəcək və gələcəkdə bənzər vəziyyətlərin öhdəsindən sərbəst şəkildə gələ bilmək üçün zəruri bilik və vərdişləri qazanacaqsınız.

Psixoterapiyanın uğurla başa çatdırılması zamanı Siz təkcə mənəvi ağrılar və daxili disharmoniyadan qurtulmayacaq, həm də psixoloqa təkrar müraciət etmədən, mürəkkəb həyat vəziyyətlərindən müstəqil şəkildə çıxmağa imkan verən vərdişlər qazanacaqsınız.

Klinik psixoloqun konsultasiyası sadəcə məsləhətlərin verilməsindən ibarət olmayıb, həm mütəxəssis, həm də xəstənin qavrama, təfəkkür və davranışın yeni, daha effektli üsullarının araşdırılması və möhkəmləndirilməsinə yönəlmiş müştərək işi deməkdir.

RDM-in klinik psixoloqu öz psixoterapevtik işində aşağıdakıları icra edir:

  • Konsultasiya
  • Fərdi psixoterapiya
  • Ailəvi psixoterapiya

Başa düşmək vacibdir ki, kiçik görünən problemləri həll edilməmiş şəkildə saxlamaqla, gələcəkdə psixi sağlamlığınıza ciddi zərər vurmaqla risk etmiş olursunuz. Qorxular nevrozlara, depressiya intihar cəhdlərinə və s. çevrilə bilir. Bununla belə, vaxtında psixi sağlamlığınıza diqqət ayırmaqla bütün bunların qarşısını almaq mümkündür.

Psixoloqun əsas müalicə vasitəsi psixoterapiyadır.

Psixoterapiya klinik psixoloq tərəfindən tətbiq edilən, psixikanın, onun vasitəsilə isə bütün orqanizmin psixoloji korreksiyasının əsas üsuludur. Xəstəyə psixoloji vasitələr, metodika və texnikalar vasitəsilə peşəkar yardım göstərilir.

Aşağıdakıların müalicəsində psixoterapiya effektlidir:

  • Depressiyalar və depressiv vəziyyətlər;
  • Nevrotik pozğunluqlar:
    • Panik ataka,
    • Aqorafobiya (açıq sahədən qorxma);
    • Müxtəlif fobiyalar (müəyyən heyvanlardan, təbiət təzahürlərindən qorxma, hər hansı hərəkətlə bağlı qorxular və s.);
    • Sosiofobiya (ictimai tədbirlərdən, ictimaiyyət qarşısında çıxış etməkdən qorxma);
    • Həyəcanlanma və obsessiv-kompulsiv pozğunluqlar;
    • Həyəcanlanma pozğunluqları;
    • Posttravmatik stress vəziyyətləri (keçirilmiş fiziki, psixoloji və cinsi zorakılıqdan sonra);
  • Qida davranışlarının pozulması (bulimiya, anoreksiya, kompulsiv ifrat yemə);
  • Psixosomatik xəstəliklər;
  • Ailə və ər-arvadlıq münasibətlərində problemlər.