Pediatriya

İstənilən sevən ana və ya atanın həyatında uşaqdan vacib heç nə yoxdur. Uşağın vəziyyəti və düzgün inkişafına nəzarət etmək üçün mütləq uşaq həkiminə - pediatra müntəzəm şəkildə baş çəkmək lazımdır. RDM-də pediatriya böyük önəm verilən sahələrdən biri hesab edilir. Körpə doğulan andan etibarən həkim-pediatrın ən ciddi nəzarəti altında olmalıdır. Bu çox təbiidir, axı kiçik insan hələ ətraf mühitə adaptasiya olunmamışdır. Onun sağlamlığı kövrəkdir və çox müxtəlif amillərin, məsələn, təsadüfən yelçəkən yerdə soyuqlama, gözlənilməz infeksiya və qidaya vərdiş olunmayan əlavənin edilməsinin təsirindən pozula bilər. Körpənin həyatının ilk 12 ayında həkim onu hər ay müayinə etməlidir, çünki həyatın ilk bir ili bir çox hallarda uşağın sonrakı inkişafını müəyyən edir. Bizdə uşaqların peyvəndlənməsi yalnız pediatrın məsləhətindən sonra, profilaktik peyvənd qrafikinə müvafiq şəkildə aparılır və bu zaman Avropa istehsalı olan ən keyfiyyətli və təhlükəsiz peyvəndlərdən istifadə edilir. Yenidoğulmuşlarda ilk peyvənd həyatın 12-ci saatında hepatit B əleyhinə aparılır. Uşağın sonrakı immunizasiyası profilaktik peyvənd qrafikinə uyğun aparılır.

Peyvəndlərin hər hansı arzuolunmaz təsirlərindən qaçılması üçün sadəcə peyvəndləmə dövründə uşağın əhval-ruhiyyəsinə diqqətlə yanaşın.

RDM klinikamızda daim praktikasını artıran yüksək ixtisaslı, istifadəsində ən müasir diaqnostik və müalicəvi avadanlıqlar olan həkim pediatrlar çalışır. RDM-in bir çox pediatrları Türkiyə və Avropanın özəl tibb mərkəzlərində hazırlıq keçmişlər. Zərurət olarsa, uşağın stasionarda hospitalizasiyası mümkündür. Bizim kiçik xəstələrimiz maksimal qayğı və diqqətlə əhatə olunur, müasir və effektiv müalicə qəbul edir ki, bu da onların uşaq poliklinikasında qalma müddətini minimuma endirir. Onlar üçün bütün şərait yaradılır: geniş, işıqlı və təmiz palatalarda uşaqlar həm tək, həm də valideynləri ilə birlikdə yerləşdirilə bilər və gəzinti yeri də onların ixtiyarındadır.

Lakin, hospitalizasiya hətta dünyanın ən yaxşı uşaq klinikasında olsa belə, xoşagəlməzdir. Məlumdur ki, xəstəliklərin qarşısının alınması onların müalicəsindən asandır! Ona görə də, uşağınıza layiqli tibbi xidmətin göstərilməsinin qayğısına qalın və onu ləngimədən ən yaxşı pediatrların diqqətli nəzarəti ilə təmin edin. Klinikamıza +99412 5309029 nömrəsi vasitəsilə zəng edin.