RDM-də görmənin diaqnostika və müalicəsi

Ətrafda baş verən hadisələri qavramaqda bizə kömək edən bütün duyğu üzvlərimiz bizim üçün həddən artıq vacib olsalar da, çətin ki, hər hansı bir hissiyyat orqanının itirilməsi insan üçün görmənin itirilməsi qədər böyük əhəmiyyət kəsb etsin. Burada təkcə orqanın tam deyil, hətta müəyyən qisminin funksiyasının itirilməsi belə bizim üçün böyük bir itki deməkdir, lakin gözlərə qayğı ilə yanaşılması (görmənin mütəmadi yoxlanması) bu itkinin qarşısını almağa və ya onu minimuma endirməyə kömək edə bilər.

Testlərin aparılması və görmə itiliyinin vaxtında yoxlanması problemin vaxtında aşkarlanması və onun qarşısı alınması istiqamətində vaxtında tədbir görülməsi, son nəticə etibarilə isə, görmənin itirilməsinə mane olmaq deməkdir.

Görmənin ilk baxışda çox sadə görünən müayinəsi proseduru böyük əhəmiyyət kəsb edir, çünki, düzgün olmayan müayinə nəticələri xəstəyə o qədər də uyğun olmayan eynəyin təyin edilməsinə və görmənin asanlaşdırılması və onun itirilməsinin qarşısının alınması əvəzinə onun daha da pisləşməsinə səbəb ola bilər.

Bizim klinikamızda görmə itiliyinin yoxlanması tamamilə fərqli şəkildə aparılır. Mütəxəssislərimiz təkcə zəruri testləri aparmaq və görmə funksiyalarını yoxlamaqla kifayətlənməyib, ən müasir avadanlıqların (tonometriya, USM, refraktometriya, Topson 3DOCT-1000 tomoqrafiyaları və ehtiyac olarsa, Topcon 50PX göz angioqrafının köməyi ilə angioqrafiya da daxil olmaqla) istifadəsi ilə Sizin görmə orqanınızın xüsusiyyətlərini tədqiq edir, lazım gələn hər şeyi yoxlayır, məhz Sizə görmənizi saxlamağa və hətta onu bərpa etməyə kömək edən müalicə təyin edirlər!

Diaqnostika və müalicənin əsas istiqamətləri:

  • Ən yeni cihazların istifadəsi ilə diaqnostika: kompyuter avtorefraktometriyası, oftalmotonometriya, perimetriya, oftalmoxromoskopiya, skiaskopiya (həmçinin, uşaqlarda) göz qapağının diafanoskopiyası, çəpgözlülük bucağının ölçülməsi və s.;
  • Kompyuter vasitəsilə eynək seçilməsi;
  • Torlu qişanın angioqrafiyası göz dibi damarlarının müayinəsi üçün istifadə edilir. Bu üsul rentgenoloji müayinə üsulu deyil. Onun aparılması üçün yuxarı ətraf venasına xüsusi rəngləyici maddə (flüoressin və ya indosianin) yeridilir. Sonra göz dibinin seriyaşəkilli təsvirləri çəkilir. Angioqrafiyanın bu üsulun aparılmasından əvvəl bəbəklərin genişləndirilməsi üçün gözə damcı damızdırılır. Nəticədə, xəstənin gözlərində bir neçə saatlıq “dumanlı” görmə və işığa qarşı həssaslığın artması baş verir. Torlu qişanın angioqrafiyası ateroskleroz, şəkərli diabet kimi göz dibi damarlarında qan cərəyanının pisləşməsinə səbəb olan xəstəliklər zamanı aparılır;
  • Əməliyyat mikroskopu Topcon OMS-800 katarakta və vitrioretinal cərrahiyyə, fotorefraksion keratektomiya (FRK) da daxil olmaqla, bütün növ oftalmoloji əməliyyatların aparılmasına imkan verir. Əməliyyatın birinci mərhələsi rolunda standart “klassik” FRK sadəcə epitelin mexaniki kənarlaşdırılmasını (skarifikasiyasını) nəzərdə tutur. Eksimer lazerin köməyi ilə LASEK adlandırılan (Laser-Assisted Sub-Epithelial Keratectomy (LASEK)), epitelin kimyəvi və mexaniki şəkildə kənarlaşdırılmasından ibarət olan variant da mövcuddur.

Əgər görmənizdə problem varsa, RDM-ə müraciət edin! Peşəkar və təcrübəli mütəxəssislərimizə nə qədər tez müraciət etsəniz, Sizə göstərilən yardım da o qədər effektli olacaq və Siz o qədər də yaxşı görəcəksiniz!