Oftalmologiya. Ümumi hissə

Oftalmologiya predmeti görmə orqanı olan tibb sahəsidir. Oftalmologiya göz alması və onun artımlarının (göz qapaqları, göz yaşı orqanları, selikli qişa (konyunktiv), göz və göz yuvasını formalaşdıran sümük strukturlarını əhatə edən birləşdirici toxumanın xəstəliklərini öyrənir, göz xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olur.

Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etmək və effektli müalicə və profilaktika aparmağa imkan verir.

Klinikamızın oftalmoloqları yapon istehsalı olan ən müasir avadanlıq “Topcon” cihazının köməyi ilə görmənin vəziyyətini qiymətləndirəcək və xəstəliklərinin diaqnostikasını aparacaqlar. Konsultasiyadan sonra həkim-oftalmoloq müalicə proqramını müəyyən edir və Sizin görmə sisteminizin bütün fərdi xüsusiyyətlərini nəzərə almaqla eynək və ya kontakt linza təyin edir. Əgər ehtiyac olarsa, inkişaf etməkdə olan kataraktın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və görmə sinirinin xəstəlikləri zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.

Əsas xəstəliklər:

  • Yaxındangörmə (miopiya), həmçinin proqressivləşən variantı;
  • Uzaqgörmə (hipermetropiya);
  • Kompyuter görmə sindromu (uzunmüddətli statik görmə gərginliyindən sonra görmənin pisləşməsi);
  • Büllurun kataraktı;
  • Qlaukoma;
  • Çəpgözlük və ambliopiya;
  • İtdirsəyi və digər göz qapağı xəstəlikləri;
  • Torlu qişa və görmə siniri damarlarında qan dövranının pozulması;
  • Torlu qişanın patoloji dəyişiklikləri (distrofiyalar).