Rinit

Rinit nədir? Hər bir şəxs bilir ki, bu xoşagəlməz xəstəlik el arasında zökəm adlanır. Rinitin ən xoşagəlməz simptomu olan burun tutulmasının müalicəsi üçün damardaraldıcı preparatları istifadəsi ciddi həkim göstərişi əsasında aparılmalıdır. Əks halda öyrəşmə baş verə bilər. Damardaraldıcı preparatlardan sui-istifadə və ya düzgün istifadə etməmə vazomotor rinitin inkişafına gətirib-çıxara bilər. Lakin çox vaxt bu xəstəlik burun damarlarının innervasiyasını və beləliklə, onların funksiyasını pozan vegetativ-damar distoniyası ilə fəsadlaşma nəticəsində yaranır. Həmçinin, vazomotor rinit allergik təbiətli də ola bilər, lakin bu zaman burun damarlarının normal funksiyası müəyyən bir allergenin təsirindən pozulur. Allergik rinitin müalicəsi həmişə prosesə səbəb olan allergenin və ya allergenlər qrupunun müəyyən edilməsi ilə başlanır və yalnız bundan sonra medikamentoz müalicə təyin olunur. Əsas patologiya (müalicəsi birinci dərəcəli əhəmiyyət kəsb edir) ilə əlaqə mövcud olduğuna görə vazomotor rinitin müalicəsi çətindir. Konservativ müalicə məhz əsas patologiya ilə mübarizəyə yönəlmişdir. Vazomotor rinitin konservativ müalicəsinin müsbət nəticə vermədiyi hallarda burnun selikli qişasının ödemini aradan qaldırmaq üçün burun damarlarının bağlanmasına yönəlmiş cərrahi müalicə göstərişdir. Vazomotor rinitin cərrahi müalicəsi RDM klinikasında ən müasir avadanlıqların istifadəsi ilə təcrübəli LOR-cərrahlar tərəfindən aparılır.

 

Əgər müayinə, diaqnostika və müalicəyə dair hər hansı suallarınız olarsa, +99412 5309029 nömrəsinə zəng etməklə RDM klinikasında LOR mütəxəssisin qəbuluna yazıla bilərsiniz; ünvanımız və klinikaya gəliş marşrutu Əlaqə bölməsində təqdim edilir.