Sinusit nədir və simptomları hansılardır

Uşaqlar və böyüklərdə sinusit burnun əlavə ciblərində inkişaf edən, müxtəlif xəstəliklərin gec müalicəsi və ya ümumiyyətlə müalicə edilməməsi zamanı onların fəsadlaşması olaraq meydana çıxan iltihabi prosesdir. Həmçinin, məlumdur ki, diş kariyesi kimi geniş yayılmış problemlər kəskin sinusitə səbəb ola bilər ki, sonuncu da müalicə edilmədikdə müalicəsi daha çox vaxt və səy tələb edən xroniki sinusitə çevrilə bilər.

 

Kəskin sinusitin aşağıdakı əlamətləri vardır:

 

  • Bədən temperaturunun 38oC və daha yüksək artması (bir qayda olaraq, xroniki sinusitdə bu əlamət nəzərə çarpmır);
  • Burun çəpəri və burunətrafı nahiyədə ağırlıq hissi, tədricən bu hissin güclü, müalicəyə çətin tabe olan başağrısına keçməsi; bu təzahürlər adətən səhər baş verir və getdikcə artaraq axşama doğru maksimuma çatır;
  • Bir və ya hər iki burun keçəcəyinin iştirakı ilə burnun tutulması, burnun selikli qişalarının ödemi;
  • Yaşıl və sarı rəngli və ya rəngsiz seliyin axması ilə müşayiət olunan zökəm
  • Tezyorulma, ümumi halsızlıq hissi, əzginlik, yorğunluq, iştaha və yuxunun pozulması;

 

Birincisi, müalicənin effektiv olması məqsədilə iltihab prosesinin hansı burunətrafı cibdə baş vermiş olduğunun və harada yerləşdiyinin müəyyən edilməsi üçün, ikincisi isə kəskin sinusitin klinik təzahürləri uşaqlar və böyüklərdə tamamilə fərqli şəkildə müalicə edilən allergik rinitlər kimi patologiyalarla bənzər olduğuna görə sinusitin diaqnostikası ixtisaslı həkim tərəfindən aparılmalıdır.

Müstəqil diaqnostika cəhdləri vaxt itkisi və sinusitin xroniki formaya keçməsi ilə nəticələnə bilər.

Bizim klinikamızda burnun əlavə ciblərinin iltihabi prosesinin diaqnostikası üçün anamnezin araşdırılması ilə yanaşı ən müasir metodlar tətbiq edilir. Biz, burunətrafı ciblərin kompyuter tomoqrafiyası da daxil olmaqla, xəstələrimizin diqqətli klinik müayinəsini həyata keçiririk.

Bütün digər müayinə növləri kimi, LOR xəstəliklərin diaqnostikası da RDM klinikasında ən yüksək səviyyəli mütəxəssislər tərəfindən və ən müasir avadanlıqların istifadəsi ilə aparılır. Bu isə, dəqiq diaqnoz qoyulmasına və nisbətən adekvat müalicənin seçilməsinə imkan verir.

Sinusiti necə müalicə etməli?

Bu sualın yalnız bir cavabı ola bilər: mümkün qədər tez bir zamanda yaxşı LOR mütəxəssisə, müasir, bütün zəruri avadanlıqlarla təchiz olunmuş klinikaya, məsələn, bizə - RDM klinikasına müraciət edin. Yaxşı məlumdur ki, sinusit kimi xəstəliyin müalicəsinə nə qədər tez başlanarsa, həkim tərəfindən görülən tədbirlərdən o qədər tez müsbət nəticə əldə olunur. Bilməlisiniz ki, peşəkar yanaşma zamanı sinusit kimi xəstəliyi istənilən mərhələdə müalicə etmək mümkündür. Lakin xəstə həkimə vaxtında müraciət etdikdə isə, xəstəliyin müalicəsi daha sadə şəkildə, tez və xəstə üçün daha az itki hesabına başa gəlir.