Otolarinqologiya. Ümumi hissə

LOR orqanların xəstəlikləri nəinki insanın həyat keyfiyyətini azaldır, həm də bronx-ağciyər xəstəliklərinin, ürək-damar, sinir və digər sistemlərdə müxtəlif pozğunluqların yaranmasına səbəb olur. Əgər LOR patologiyanın vaxtında müalicəsinə lazımi diqqət ayrılmırsa, bu zaman ciddi fəsadlaşmalara gətirib-çıxaran, mürəkkəb və travmatik cərrahi əməliyyatların icrasını tələb edən və hətta xəstənin həyatı üçün real təhlükə təşkil edən halların baş vermə riski yaranır. Bizim tibbi klinikamızda LOR orqanların müxtəlif patologiyaları təsadüf edən xəstələrə yardım göstərilməsi üçün optimal şərait yaradılmışdır. RDM-in LOR kabinetində xəstələr ixtisaslı, çoxillik praktiki iş təcrübəsinə və LOR xəstəliklərin müasir müalicə üsulları (eləcə də, cərrahi) haqda hərtərəfli biliklərə malik həkimlər tərəfindən qəbul edilir. Klinikamızın həkimləri Türkiyə və Avropanın ən yaxşı klinikalarında hazırlıq keçmiş və tanınmış Avropa otolarinqoloqlarının yanında dəfələrlə təcrübə keçmişlər.

Kabinet xəstələrin müayinə və müalicəsi üçün müasir avadanlıqlar, dəst və alətlərlə təchiz edilmişdir.

Həkimin iş yeri LOR-kombaynla təchiz olunmuşdur ki, bu da mürəkkəb diaqnostik və müalicəvi prosedurların aparılması zamanı rahatlıq və minimal travmatikliyi təmin edir.

Keyfiyyətli diaqnostikaya burun boşluğu, burun-udlaq və qırtlağın müayinəsi zamanı yüksək informativliyi təmin edən videoendoskopik cihazın köməyi ilə nail olunmuşdur.

Müayinə “Storz” firmasının sərt və yumşaq endoskopları vasitəsilə aparılır. Bunlar LOR orqanların çətin əlçatan hissələrinin tez və xəstə üçün rahat bir şəkildə müayinəsini təmin edir. Hətta minimal dəyişikliklərin və anatomik xüsusiyyətlərin vaxtında aşkar edilməsi effektli müalicənin aparılması üçün vacib rol oynayır. Kəllənin üz hissəsinin rentgenoqrafiya və KT-si otolarinqoloji müayinənin diaqnostik infomativliyini artırır.

Mikrobioloji və immunoloji müayinələr, allerqoloji testlər əlaqədar vəziyyətlərin müəyyən edilməsinə, müalicə prosesinin optimallaşdırılmasına, aparılan terapiyanın vaxtında korrektə edilməsinə və müxtəlif ixtisaslardan olan mütəxəssislərin müalicə prosesinə cəlb edilməsinə imkan verir.

Ehtiyac olduqda həkim-otolarinqoloqlar yüksək səviyyəli anestezioloji təchizat şəraitində istənilən mürəkkəblikli cərrahi əməliyyatları (“Leica” mikroskopu) icra edirlər. Erkən mərhələdə xəstə klinikanın tibbi heyətinin daimi nəzarəti təmin edilən rahat stasionarında yerləşdirilir. Az invaziv funksional operativ müalicə metodikalarının tətbiqi reabilitasiya müddətini xeyli azaldır.

LOR kabinetinin xidmətləri:

  • Yuxarı tənəffüs yollarının fotosənədləşmə ilə müşayiət olunan endoskopik müayinəsi;
  • Audiometriya;
  • Timpanometriya;
  • Laborator müayinələr (burun-udlaq əkmələri);
  • LOR-həkimin konsultasiyası

 

LOR xəstəlikləri zamanı təxirəsalınmaz və ya planlı tibbi yardım:

  • Yaraların cərrahi işlənməsi;
  • Qanaxmaların dayandırılması;
  • Yad cisimlərin xaric edilməsi;
  • Hematoma və abseslərin yarılması;
  • Burun sümüklərinin repozisiyası;
  • Haymoritin müalicəsi;
  • Kəskin və xroniki sinusit;
  • Rinitin müalicəsi.