EMQ

Elektromioqrafiya (EMQ) əzələlərin sakitlik və yığılma vəziyyətində elektrik aktivliyinin öyrənilməsi üsuludur.

EMQ hansı məqsədlə aparılır:

  • Əzələ və sinir toxuması, eləcə də, əzələ və sinirlərin birləşmə nöqtələrində (sinir-əzələ sinapsı) patologiyaların aşkarlanması. Bu patologiyalara fəqərəarası disk yırtıqları, yan amiotrofik skleroz və hamiləlik miasteniyası aiddir.
  • Əzələlərdə zəiflik, iflic və ya səyrimələrin səbəblərinin müəyyən edilməsi. Əzələ, sinir, onurğa beyni və ya baş beynin hər hansı şöbəsində baş verən pozğunluqlar bu hallara səbəb ola bilər. EMQ onurğa və baş beyin patologiyalarını müəyyən etməyə imkan vermir.

Mioqrafiya proseduru xəstənin oturaq və ya uzanıqlı vəziyyətində, onun rahatlana biləcəyi xüsusi kresloda aparılır. Cihazın elektrodu yerləşdirilən nöqtənin dərisi xüsusi sabunla silinir. Sonra əzələyə elektrodun iynəsi daxil edilir. Elektrod özü əzələnin elektrik aktivliyini qeydə alan elektromioqrafa birləşdirilir. Hansı əzələlərin müayinə edilməsindən və müayinə olunan əzələ sayından asılı olaraq EMQ proseduru 30-60 dəq. sürə bilər.

Mütəxəssis müayinə nəticələrinə istinadən beyində hansı dəyişikliklərin baş vermiş olduğunu və sinir-əzələ aparatındakı pozğunluqları dəqiqləşdirə və bunlara əsasən müalicə zamanı hansı preparatların maksimal effekt verə biləcəyini müəyyən edə bilər. Həmçinin, aparılan müalicənin effektivliyinə nəzarət olunur və onun başa çatdırılmasının uyğun olub-olmadığına dair qərar verilir.