EEQ

Bugünkü gündə elektroensefaloqrafiya (EEQ) nevrologiya və neyrocərrahiyyədə baş beyin hüceyrələrinin fəallığının funksional vəziyyətindəki dəyişikliklərin diaqnostikası üçün ən geniş yayılmış və ən əlçatan üsullardan biridir. Xüsusi təchiz olunmuş kabinetdə müasir avadanlıqların istifadəsi diaqnostik məlumatların yüksək dəqiqliklə əldə edilməsinə və nəticələrin minimal zaman itkisi ilə təhlilinə imkan verir.

EEQ-nin aşağıdakı hallarda aparılması tövsiyə olunur: 1. Baş beynin uşağın yaşına uyğun inkişafının qiymətləndirilməsi; 2. Nitq və psixomotor inkişafın ləngiməsi, naməlum mənşəli psixoemosional pozğunluqlar. Həmçinin, stimullaşdırıcı neyrotrop terapiyanın təyini nəzərdə tutulan bütün uşaqlarda; 3. Epilepsiyanın diferensial diaqnostikası və huşun itirilməsi və tutmayabənzər hallarda (bayılma, krizlər, qıcolma ilə müşayiət olunan və olunmayan tutmalar, qısamüddətli donma epizodları, panik atakalar, endokrin pozğunluqlar, tiklər) onun müalicəsinin effektivliyinə nəzarət (qıcolmaəleyhinə preparatların seçilməsi, onların dozalanması) üçün; 4. Davranış pozğunluqları və məktəbdə dərslərindən geri qalma zamanı – terapiyanın düzgün seçilməsi üçün;  5. Yuxu pozğunluqları (yuxuda danışma, yuxuda gəzmə, gecə qorxmaları); 6. Travmalar, şişlər, beyin qan dövranı pozğunluqları və baş beynin digər xəstəlikləri.

EEQ necə aparılır:

  • Müayinə zamanı xəstə rahat kresloda, relaksasiya vəziyyətində gözlərini qapayaraq oturur (passiv gümrahlaşma vəziyyəti);
  • EEQ-nin aparılması üçün başa elektrodlar adlanan kiçik yastıqcıqlar yerləşdirilir. Yastıqcıqlar beynin elektrik fəallığını ölçür və bu məlumatları kompyuterə ötürür. Prosedurun aparılması zamanı heç bir ağrı hissi olmur.

EEQ metodu:

üTamamilə zərərsizdir;

üAğrısızdır;

üTəhlükəsizdir;

üQeyri-invazivdir (xəstəyə müdaxilə tələb etmir);

üYüksək həssaslığa malikdir

Mütəxəssis müayinə nəticələrinə istinadən beyində hansı dəyişikliklərin baş vermiş olduğunu və tutmaların növünü dəqiqləşdirə və bunlara əsasən müalicə zamanı hansı preparatların maksimal effekt verə biləcəyini müəyyən edə bilər. Həmçinin, aparılan müalicənin effektivliyinə nəzarət olunur və onun başa çatdırılmasının uyğun olub-olmadığına dair qərar verilir.