Nevrologiya. Ümumi hissə

Nevrologiya klinik təbabətin mərkəzi və periferik sinir sisteminin xəstəlikləri ilə məşğul olan, eləcə də, onların inkişaf mexanizmi, simptomatikası və mümkün diaqnostika, müalicə və profilaktika üsullarını öyrənən sahəsidir.

Nevrologiyada tətbiq olunan müasir nailiyyətlər sayəsində RDM-də aşağıdakı xəstəliklərlə effektiv mübarizə aparılır:

  • Dağınıq skleroz;
  • Sistem qırmızı qurdeşənəyi;
  • Osteoxondroz;
  • Parkinson xəstəliyi;
  • Ensefalopatiya;
  • Hidrosefaliya;
  • Miqren (başağrısı);
  • Nevralgiya;
  • Tərləmə (hiperhidroz);
  • Skolioz;
  • Kifoz;
  • Lordoz və s.

 

Hər bir xəstəyə fərdi yanaşma, anamnezin təfsilatlı şəkildə araşdırılması və orqanizmin özünəməxsus xüsusiyyətlərinin nəzərə alınması sayəsində bu xəstəliklərin müalicəsi xüsusilə yaxşı nəticə ilə tamamlanır. Həkimlərimizin peşəkarlığı simptomlara diqqət yetirilməməsi və müstəqil şəkildə onların aradan qaldırılmasına cəhd göstərilməsi nəticəsində törəyə bilən fəsadlaşmalar və arzuolunmaz nəticələrin meydana çıxmasının qarşısını alır. Yalnız ixtisaslı mütəxəssis xəstəliyin təzahürləri deyil, onun səbəbini müalicə edə bilər.

Yaddan çıxarmaq olmaz ki, sinir sisteminin vəziyyəti orqanizmdə yanaşı patoloji proseslərin də gedişinə təsir göstərir, ona görə də onların həddən artıq uzun sürməsinə imkan verilməməli və vaxtında həkim-nevroloqa müraciət edilməlidir. Bu və ya digər patologiyanın müəyyən edilməsi üçün təbabətin digər sahələrində olduğu kimi nevrologiyada da funksional diaqnostika üsulları tətbiq olunur. Bunlara elektroensefaloqrafiya və elektromioqrafiya (EEQ və EMQ) aiddir.