Tredmil testi

Tredmil testi EKQ-nin xəstə tərəfindən fiziki iş görülərkən qeydə alınmasıdır. Xəstə qaçış zolağı üzərinə çıxır və zolağın hərəkət sürətinə müvafiq şəkildə addımlayır. Faktiki olaraq, test zamanı düz yerdə və ya yoxuş boyu yerimə imitasiya olunur, bu zaman zolağın hərəkət sürəti və meyletmə bucağı müayinənin məqsədindən asılı olaraq müəyyən edilir.

Müayinə qida qəbulundan 1-2 saat sonra aparılır. Yükləmə sınağının stress vəziyyətləri və yüksək fiziki gərginlikdən sonra aparılması tövsiyə olunmur. Geyim yüngül və rahat olmalıdır. Qəbul edilən preparatlarla bağlı həkimlə əvvəlcədən məsləhətləşmək lazımdır.

Klinikamızda tredmil testinin 2 növü tətbiq edilir:

 

 

 

EKQ ilə rutin tredmil testi

Ürəyin işemik xəstəliyini diaqnoz etmək və ağırlıq dərəcəsini müəyyənləşdirmək, ürəyin ritm pozğunluqlarını aşkar etmək və qiymətləndirmək, arterial hipertenziyanı diaqnoz etmək və ağırlıq dərəcəsini qiymətləndirmək.

Exokardioqrafiya ilə tredmil testi (stress-exokardioqrafiyası)

Miokardın gərginlik zamanı yaranan işemiyasının onun yerli yığıcılıq qabiliyyətində pozğunluqla nəticələndiyi istinad edərsək, stress Exo-KQ işemiyanın aşkarlanmasının kifayət qədər etibarlı üsuludur. Bu pozğunluqlar ultrasəs müayinəsi vasitəsilə aşkar edilir. Gərginlik üçün fiziki və farmakoloji (dobutamin) vasitələrdən istifadə edilir. Stress-ExoKQ miokardın işemiyasını daha dəqiq diaqnostika etməyə, ürək divarlarının yığılma və boşalma dərəcəsini qiymətləndirməyə və ürək əzələsində çapıq dəyişiklikləri olduqda həyat qabiliyyətli nahiyələri müəyyən etməyə imkan verir. İşemiyanın olmaması ürək-damar fəsadlaşmaları üzrə riskin çox az olduğundan, işemiyanın aşkar edilməsi isə yüksək riskdən xəbər verir. Bəzən stress-Exo-KQ ÜİX deyil, digər göstərişlərlə - aortal stenoz zamanı (SM AF azaldıqda) sistolik funksiya rezervinin qiymətləndirilməsi, ağır mitral çatışmazlıq zamanı sol mədəciyin yığıcılıq qabiliyyətinin latent pozulmalarının müəyyən edilməsi və mitral stenozun hemodinamik əhəmiyyətinin qiymətləndirilməsi ilə əlaqədar aparılır.

Tredmil testin nəticələrinə istinadən müvafiq müalicə üsulu (cərrahi və ya terapevtik) seçilir, damar xəstəliklərinin terapevtik müalicəsinə nəzarət və onun idarə olunması həyata keçirilir, damarların cərrahi müalicəsinin (angioplastika, şuntlama əməliyyatları) effektivliyi qiymətləndirilir və aşağı ətraf damarlarının patologiyalarından əziyyət çəkən xəstələrdə fiziki məşğələ rejiminə dair tövsiyələr verilir.