Exokardioqrafiya

Exokardioqrafiya ürək və onun damarlarının daxili qan cərəyanını müəyyən edən ultrasəs müayinəsidir.

Hazırda ultrasəs cihazlarının yüksək yolvermə qabiliyyəti təkcə ürəyin işi və onun strukturlarını real zamanda görməyə deyil, həm də məlumatların kompyuterdə işlənməsi vasitəsilə ürəyin ölçülərini, magistral damarlarda qan axınının sürəti və ürək boşluqlarında təzyiqi müəyyən etməyə imkan verir.

 

 

Rəngli doppler xəritələşdirməsi vasitəsilə axınların fəzada hərəkət istiqamətini müəyyən etmək mümkündür.

Müayinəyə göstərişlər:

  • Ürəyin işemik xəstəliyi;
  • Ürək nahiyəsində müxtəlif etiologiyalı ağrılar;
  • Ürəyin anadangəlmə və qazanılmış qüsurları.

 

ExoKQ-nin aparılması üçün 4D formatlı USM cihazı olan Philips IE33 qida borusundan keçməklə exokardioqrafiya aparmağa imkan verir. Transezofaqal exokardioqrafiya qida borusuna yeridilən xüsusi ötürücünün vasitəsilə ürəyin ultrasəs müayinəsidir. Adi exokardioqrafiya dəqiq diaqnoz qoymağa imkan vermədikdə tətbiq edilir. Ötürücünün ürəyə yaxın yerləşməsi sayəsində bu üsul trombların, qapaq zədələnmələrinin, ürəyin anadangəlmə qüsurlarının və aortanın döş qisminin xəstəliklərinin diaqnostikasında yüksək informativliyə malikdir.

Müayinəyə hazırlıq

Müayinədən əvvəl xəstə 4-6 saat ərzində qida və maye qəbul etməməli və siqaret çəkməməlidir. Çıxarıla bilən diş protezləri xaric edilməlidir. Zərurət olarsa, prosedur narkoz altında həyata keçirilir.

Müayinənin nisbi əks-göstərişlərinə qida borusunun xəstəlikləri – bədxassəli yenitörəmələr, qida borusunun divertikulu, fistulalar, strikturalar, qida borusu venalarının varikoz genəlmələri, qida borusunun iltihabi xəstəlikləri və mədə-bağırsaq traktının yuxarı şöbələrindən qanaxmalar aiddir.