Holter monitorinqi

Holter monitorinqi insanın normal həyat ritmi zamanı 12-48 saat ərzində ürəyin işi barəsində məlumat almağa imkan verən müşahidə üsuludur. Holter üsulu ilə EKQ-yə sutkalıq nəzarət müəyyən zaman kəsimində (6-24 saat) EKQ-nin fasiləsiz şəkildə qeydə alınmasıdır. Birdəfəlik elektrodlar xəstənin döş qəfəsinə yapışqanla yapışdırılır. Kardioreqistrator isə beldə yerləşdirilir. Xəstənin adət etdiyi rejimdə EKQ müayinəsinin aparılması ürəyin fiziki və emosional gərginliyə reaksiyası və yuxu zamanı ürəyin ritm və keçiriciliyini qiymətləndirməyə və miokardın ağrılı və ağrısız işemiyasını aşkarlamağa kömək edir. Ürəkdə blokadalar və onlarla əlaqədar bayılmalar və bayılmaönü vəziyyətləri müəyyən etməyə imkan verir.

Holter üsulu ilə AT (arterial təzyiq) və EKQ-yə nəzarət daha informativdir və aşağıdakıları aşkarlamağı mümkün edir:

  • Arterial hipertoniya və stenokardiya tutmaları arasındakı qarşılıqlı əlaqə;
  • Arterial təzyiqin düşməsi zəiflik, başağrıları, bayılma və ürək ritminin pozulması ilə müşayiət olunan tutmaları arasındakı əlaqə.

 

Əksər hallarda sağlam insanlarda Holter monitorinqinin aparılmasına ehtiyac yoxdur, RDM-də ildə bir dəfə EKQ-dən keçmək kifayətdir. Lakin əgər müayinə zamanı müəyyən simptomlar aşkar edilərsə, həkimə müraciət etməniz tövsiyə olunur.

 

Aşkar olunduqda həkimə müraciət etmək lazım gələn simptomlar:

  • Ürəkdə qəfil və ya qısamüddətli fiziki gərginlikdən sonra başlanan və itən epizodik ağrılar;
  • Emosional vəziyyətin ürəyin işinə təsiri;
  • Bayılmalar, səhərlər zəif olma, huşun itirilməsi
  • Yorğunluq, eləcə də, sutkanın səhər və axşam saatlarında döş qəfəsində ağırlıq hissi.

 

Sizə, mobil telefon ölçüsündə, ötürücülərə malik rahat və müasir cihaz, həmçinin də test ərzində yazılmalı olan xüsusi gündəlik təqdim ediləcəkdir.

Nə üçün bugünkü gündə Holter üsulu ilə EKQ-nin sutkalıq monitorinqi ürəyin işinin nisbətən rahat müayinə metodudur?

 

  1. Portativ cihazın ölçülərinin kiçik olması və rahatlığı sayəsində xəstə bilavasitə məlumatların toplandığı dövrdə normal həyat tərzinə davam edə bilir;
  2. Ürəyin işinin qeydə alındığı müddət ərzində gündəliyin doldurulması ürək ritmi ilə fiziki aktivliyin müqayisəsi və onlar arasındakı əlaqənin aşkarlanmasına imkan verir;
  3. Məlumatların qeydə alınması avtomatik şəkildə, xəstənin iştirakı olmadan baş verir.

Holter üsulu ilə monitorinq təkcə ürəyin normal işinin monitorinqi üçün deyil, həm də qoyulmuş kardiostimulyatorun işinin keyfiyyətinin yoxlanması, mədəciklərdə problemlərin və ya sinir impulslarının ötürülməsində maneələrin aşkarlanması üçün istifadə edilir.

Belə testin vaxtında aparılması ürək xəstəliklərinin yaranmasının qarşısını almağa və ya ağır simptomlar baş vermədən cərrahi əməliyyatın zəruri olduğuna dair məlumat əldə etməyə imkan verir.

Holter müayinəsinin RDM klinikasında keçirilməsini məqsədəuyğun edən səbəblər:

  1. Xəstənin bütün test boyunca həkim tərəfindən aparılması, eləcə də zəruri konsultasiyalar və nəticələrin aydınlaşdırılması;
  2. Xəstələrimizə tərəfimizdən təklif olunan cihazlar EKQ-nin qeydə alınması üçün ən müasir modellərdir;
  3. Müayinə nəticələrinin təhlilindən sonra RDM-in həkimi Sizə fərdi seçilmiş müalicə sxemi təklif edəcəkdir.