Qadınlarda sidik saxlamamazlığın müalicəsi

Qadınlarda sidik saxlamamazlığın müalicəsi

Gərginlik zamanı qadınlarda sidik saxlamamazlıq müasir təbabətin nisbətən geniş yayılmış və mürəkkəb problemlərindən biridir. Bu hal ağır fiziki və mənəvi əzaba səbəb olur. Nisbətən çox rast gəlinən səbəbi kiçik çanaq əzələlərinin tonusunun azalması nəticəsində uşaqlıq yolunun divarlarının sallanması və sidikçıxarıcı kanalın əzələlərinin zəifləməsidir. Bu halın yaranmasına uzun sürən ağır və ya çox sürətli doğuşlar, intensiv fiziki gərginlik, cərrahi müdaxilələr və sidik kanalı və sidik kisəsinin anomaliyaları təkan verir. Sidik saxlamamazlığın müalicəsi onun aşkar edilmiş səbəbindən asılıdır. Bəzən xəstəyə ilk növbədə sidik-cinsiyyət sisteminin yanaşı xəstəlikləri və ya iltihabi proseslərinin, ikinci olaraq isə detruzorun (sidik kisəsinin divarlarının əzələləri) funksiyalarının bərpa edilməsinə yönəlmiş medikamentoz müalicə və ultrasəs, lazer və elektrik stimulyasiya üsulları ilə icra edilən prosedurlardan ibarət olub, detruzor və uretral sfinkterlərin reflektor idarəetməsinin bərpasına yönəlmiş fizioterapiya təyin edilir. Lakin, sidik saxlamamazlığın səbəbi uretral sfinkterlərin çatışmazlığı olarsa, xəstəyə cərrahi müdaxilə göstərişdir.

Mütəxəssislərimiz tərəfindən TVT üsulunun (sərbəst sintetik ilgək vasitəsilə plastika) köməyilə sidik saxlamamazlığı probleminin müasir həll yolu təklif olunur. İlgək sidik kanalının orta şöbəsini etibarlı şəkildə dəstəkləyir. Əməliyyat endoskopik üsulla aparılır, az travmatikdir və tez icra olunur (30 dəqiqəyə yaxın). Yerli anesteziya və ya venadaxili medikamentoz yuxu vasitəsilə aparıla bilər.

Klinikamızda cərrahi əməliyyatlar həyata keçirilir: kondiloma və papillomaların xaric edilməsi, diaqnostik qaşıma, bartolin vəzilərinin abseslərinin açılması, cinsiyyət dodaqlarında intim cərrahiyyə, fibromioma və uşaqlıq poliplərinin histeroskopik əməliyyatları.

RDM klinikasında müasir diaqnostika üsulları icra edilir: endoskopik müayinələr (kolposkopiya, histeroskopiya, laparoskopiya), USM, rentgenoloji müayinə. Laborator diaqnostikaya selikli qişadan götürülmüş yaxmalarda mikrofloranın yoxlanması, mikrobioloji əkmələr, viruslar, bakteriyalar və ibtidailərə qarşı anticisimləri müəyyən edən immunoloji müayinələr (İFA, PZR-analiz) və hormonal statusun müəyyən edilməsi aiddir.