Hamiləlik və doğuş

Hamiləlik və doğuş

Hamiləliyin planlaşdırılması zamanı qadınların böyük əksəriyyəti qadın məsləhətxanalarına müraciət edirlər, belə ki, tez və ya gec onlar dünyaya uşaq gətirməyin vaxtının çatdığına qərar verir və hər bir qadın başa düşür ki, hamiləliyin aparılmasını təcrübə və intuisiyaya sahib olan yaxşı mütəxəssisə etibar etmək lazımdır. Axı, həkim gələcək anaya etməli və bilməli olduğu, eləcə də heç bir halda yol verməməli olduğu bütün məqamlar barədə məlumat verməlidir. 

RDM tibb mərkəzində hamiləliyin aparılması bir sıra danılmaz üstünlüklərə malikdir:

  1. Klinikamızda mamalıq və ginekologiya sahələrində təkcə ölkəmizin deyil, eləcə də ən yaxşı xarici klinikalarda iş təcrübəsinə malik yüksək səviyyəli mütəxəssislər çalışırlar. Lakin bu mütəxəssisləri əvəzolunmaz edən təkcə bu fakt deyil. Əsas məqam onların hər bir xəstəyə göstərdikləri diqqət və qayğıdır.
  2. RDM hamiləliyin gedişinə uğurlu şəkildə nəzarət olunması üçün tələb olunan bütün diaqnostik və laborator avadanlıqlara malikdir ki, bu da heç də hər mərkəzdə rast gəlinməyən bir haldır!
  3. RDM-də hamiləliyin aparılmasına ona görə üstünlük verilməlidir ki, bizim öz stasionarımız vardır və gələcək analar zərurət olarsa, buraya yerləşdirilə bilərlər. Mama-ginekologiya şöbəsi mərkəzin üçüncü mərtəbəsində yerləşir və 20 ədəd bir nəfərlik CIP və VIP palataya malikdir. Palatalarda fərdi sanitariya qovşağına, körpənin altını dəyişmək üçün masaya, TV və Wi-Fi mövcuddur. Şöbədə biri suda doğuşu həyata keçirmək üçün xüsusi vanna ilə təchiz olunmuş 2 ədəd doğum zalı vardır. Neonatologiya şöbəsi yenidoğulmuşların adaptasiyası üçün zəruri olan küvezlər, tibbi qazların mərkəzləşdirilmiş şəkildə ötürülməsi üçün pendantlarla təchiz edilmişdir ki, bu da şöbənin reanimatologiya şöbəsinə çevrilməsinə şərait yaradır. Uşağın qidalandırılmasına xüsusi diqqət verilməlidir. Xüsusi təchiz olunmuş qidalandırma otağı həkim-mütəxəssislərimizin Sizə, haqqında məmnuniyyətlə məlumat verəcəyi düzgün südvermə vərdişlərinin əldə edilməsi üçün ideal yerdir. Azərbaycan ərazisində nisbətən geniş yayılmış olan irsi xəstəliklərin – fenilketonuriya, qalaktozemiya, qlükozo-6-fosfat-dehidrogenaza fermentinin defisiti, oraqvarı hüceyrə anemiyası, talassemiya və anadangəlmə hipotireoidizmin aşkarlanması üçün neonatal skrininq aparılır. Analizlərin aparılma prosesi çox sadədir: körpə doğulduqdan sonra 3-cü sutkada (10 sutkadan gec olmamaqla) onun dabanından filtr kağızına qan nümunəsi götürülür. Qan ləkəsi 10-15 dəq. ərzində otaq temperaturunda qurudulur, daha sonra qurudulmuş qan ləkələri zərf içərisində laboratoriyaya göndərilir. 
  4. Biz heç vaxt xəstələrimizi analiz vermək üçün digər tibb müəssisələrinə göndərmirik. Ən müasir avadanlıqlarla təchiz olunmuş və ən yaxşı mütəxəssislərin çalışdığı laboratoriyamız, bizə hamiləlik zamanı tələb olunan bütün analizləri müstəqil şəkildə həyata keçirməyə imkan verir. Bu isə çox əhəmiyyətli amildir: biz heç vaxt zaman itkisinə yol vermirik və vəziyyət dəyişdikdə hər zaman operativ müdaxilə etməyə hazırıq!

 

Doğum şöbəsindən evə yazılarkən valideynlərə üzərində körpənin ayaq izləri olan sertifikat verilir.

RDM-in hamiləliyin aparılması mərkəzinin üstünlüklərini saymaq üçün xeyli uzun vaxt tələb olunur. Lakin, onsuz da, aşkardır ki, tərəfimizdə qiymət və keyfiyyətin çox cəlbedici nisbəti təklif olunur!