Ginekologiya. Ümumi hissə

Ginekologiya dar mənada qadın cinsiyyət orqanlarının fiziologiya və patologiyalarını, eləcə də qadın cinsiyyəti sahəsində baş verən xəstəliklərin profilaktika və müalicəsini öyrənən elmdir. Ginekologiya tibbin ən çox tələb olunan sahələrindən biridir.

Praktika göstərir ki, bir çox müasir gənc qadınlar “öz” ginekoloqlarının nəzarətində olmağa can atırlar. Bununla yanaşı əsas iş vaxtından “oğurlamaq” nəticəsində belə nəzarət çox vaxt xaotik xarakter daşıyır. Müayinələr, bir qayda olaraq, ginekoloji müayinə ilə məhdudlaşır, yazılı şəkildə qeyd edilmir və zəruri laborator və instrumental müayinə ilə müşayiət olunmur. Yalnız təcrübəli ginekoloqların çalışdığı ixtisaslaşmış klinikalarda, qadın məsləhətxanalarında və ya müasir avadanlıqlarla təchiz olunmuş kabinetlərdə aparılan sistemləşdirilmiş nəzarət zamanı ciddi qadın cinsiyyəti sistemi xəstəliklərinin yaranma riski minimuma endirilir.

Məhz burada həkim-ginekoloq qadın sağlamlığı, onun əhval ruhiyyəsi və reproduktivlik qabiliyyətinin qayğısına qalır. Bizim tibb mərkəzimizdə yüksək kateqoriyalı həkim-ginekoloqlar əksər qadın cinsiyyət xəstəliklərinin müalicə və profilaktikasına yardım göstərirlər.

 

Müasir ginekologiya mürəkkəb kompleks bir sahə olub, qadının bütün həyatı boyunca onun sağlamlığını mühafizə edir. Tibbin bu sahəsinə aşağıdakılar daxildir:

  • Uşaq ginekologiyası;
  • İltihabi-infeksion xəstəliklərin müalicəsi;
  • Ailə planlaşdırılması və dölsüzlüyün müalicəsi;
  • Kontrasepsiya məsələləri;
  • Klimakterik yaşda olan qadınlarda əvəzedici hormonal terapiyanın müəyyən edilməsi;
  • Sidik saxlamamazlığının müalicəsi;
  • Ginekoloji onkologiya;

 

Müasir ginekologiya istər qadın, istərsə də onun partnyoru tərəfindən yaranan dölsüzlük səbəblərini aradan qaldırmaq imkanlarına malikdir. Histeroskopiya texnikasının istifadəsi, kişinin androloq tərəfindən müalicəsi və digər tədbirlər hamiləliyi, ana sevincini və ailənin saxlanmasını təmin edir. RDM mütəxəssisləri tərəfindən ailə planlaşdırılması məsələləri çərçivəsində bütün bu kompleks yanaşmalar təmin olunur.

Öz növbəsində iltihab törətmə riskinə malik olan uşaqlıq boşluğunda spiralların uzun müddət qalması kimi fizioloji hormonal fona təsir göstərən vasitələrin istifadəsi ilə kontrasepsiya problemləri əlaqəlidir. Bütün bu problemlər müntəzəm nəzarət prosesində həkim-ginekoloqumuz tərəfindən həll ediləcəkdir.

Menopauzanın yaranmasını gecikdirən və qadınlarda müntəzəm aybaşını bərpa edən, beləliklə də, klimaks və qocalmanı ləngidən farmakoloji preparatların yaradılması son onilliklərin nailiyyətlərindəndir. Bizim RDM klinikamızda qadınlara ixtisaslaşmış endokrinoloq konsultasiyası və nəzarəti təqdim edilir. Polikistoz yumurtalıqlar sindromundan əziyyət çəkən qadınlar üçün buna xüsusilə ehtiyac vardır.

Biz RDM-də belə hesab edirik ki, müalicə olunmayan xəstəliklər çox azdır və vaxtında müalicəyə başlandıqda istənilən xəstəliyi müalicə etmək mümkündür. Əlbəttə, bunun üçün təcrübəli və bilikli, müasir biliklərə və müasir texnikaya malik olan həkimin olması zəruridir ki, bizdə də məhz belə həkimlər çalışır.