Fizioterapiya və reabilitasiya

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) nəzdində “Bakı Ürək Mərkəzi”nin Fizioterapiya və reabilitasiya şöbəsində ölkədə ilk dəfə kardioreabilitasiyanın aparılması xüsusi özəllikdir. Burada həmçinin disk yırtqlarının cərrahiyyəsiz müalicəsinin aparılması xüsusilə qeyd edilməlidir. 4 reabilitasiyanın – nevroloji, ortopedik, kardioloji və pediatrik reabilitasiyanın aparılmasının eyni mərkəzdə cəmləşməsi də RMDM-i digər tibb müəssisələrindən fərqləndirən cəhətdir.

 

Fəqərəarası disk yırtığının cərrahiyyəsiz müalicəsi

Antalgic Trak-la müalicə tam ağrısız, təhlükəsiz və xəstə üçün rahat, istirahət vəziyyətində aparılır. Müalicə kursu xəstəliyin gedişindən asılı olaraq, 15-25 seans təşkil edir.

Cərrahiyyəsiz, dərmansız, güvənli müalicə:

• Fəqərələrarası disk qabarması və yırtığı

• Disk degenerasiyası

• Artrit, sinir sıxılması, stenoz

• Oturaq sinirinin iltihabı

• Spondilioz

• Radikulopatiya

• Osteoxondroz

• Konservativ, fizioterapevtik, manual terapevtik, cərrahi müalicəyə cavab verməyən xroniki bel və boyun ağrıları

Tekar terapiya ortopedik problemlərdə əvəzedilməz müalicədir!

Lazer terapiyası dərin toxuma patologiyalarında təsirli və təhlükəsizdir!

Zərbə dalğalı terapiya tətbiq olunan sahələrdə hansı dəyişikliklər baş verir?

• Hüceyrədə maddələr mübadiləsi artır.

• Yerli qan dövranı yaxşılaşır.

• Kəskin və xroniki ağrılar azalır.

• Əzələlərin, vətərlərin, bağların zədələnmiş sahələrinin bərpası baş verir.

• Yerli iltihab və şiş azalır

• 2–3 seansdan sonra xəstələrin 80%-də ağrılar əhəmiyyətli dərəcədə azalır.

Daban tikanı müalicəsində effektivliyinə görə ən yüsək nəticələr göstərən müalicə metodikasıdır.

Bütün növ fizioterapevtik müalicələr

Reabilitasiya və bərpa

  • Ortopedik reabilitasiya
  • Nevroloji reabilitasiya
  • Uşaq reabilitasiyası
  • İdman travmalarından sonra  reabilitasiya
  • Kardioreabilitasiya

Fizioterapiya

  • Antalgic Trak – fəqərəarası disk yırtığının cərrahiyyəsiz müalicəsi
  • Zərbə dalğalı terapiya
  • Bütün növ elektrostimulyasiyalar
  • Maqnitoterapiya
  • Ultrasəs terapiya
  • Lazer terapiya
  • Termoterapiya
  • Krioterapiya
  • Akupunktura
  • Limfodrenaj
  • Manual terapiya və massaj
  • CPM (passiv terapiya)

 BAKI ÜRƏK MƏRKƏZİ - SAĞLAM HƏYATIN NƏBZİ!