RMDM haqqında

RMDM - müasir çoxprofilli tibb mərkəzi



Missiya: RMDM – Sağlam cəmiyyətin təminatçısıdır.

Vizion: RMDM – Uşaqlar və yetkin yaşlı insanlar üçün tibbi mərkəz olub, beynəlxalq standartların, yerli mütəxəssislərin peşəkarlığının və yeni dünyəvi texnologiyaların vəhdətini təşkil edir.

Bizim Mərkəz kliniki tədris və təcrübənin tətbiqi sayəsində ən yaxşı müalicəni təklif edir.

Dəyərlər:

-Pasiyentin təhlükəsizliyi

-Peşəkarlıq

-Qabaqcıl xidmət

-Sosial məsuliyyət

 

RMDM həqiqətən Bakıda yerləşən ən yaxşı çoxprofilli tibbi mərkəz və klinikalardan biridir. Həmçinin bu klinika Bakının ən yaxşı özəl klinikalarından biri olub, yüksək səviyyədə təchiz edilmiş, ən müasir cihazlara malik laborator və diaqnostik mərkəzdir. RMDM paytaxtın bütün sakinləri və qonaqlarına ən yüksək tələb və standartlara cavab verən tibb xidməti ilə təmin olunmasına imkan verir. Klinikamızın xəstələrinə lazım olan istənilən müayinə, analiz və ya prosedurları biz müstəqil şəkildə, digər tibb mərkəzləri və ya laboratoriyalara müraciət etmədən apara bilirik. Bu yolla biz həm də xəstələrimizin vaxtına və maddi vəsaitinə qənaət etmiş oluruq. Uğurlu müalicə üçün isə zaman amili hədsiz dərəcədə əhəmiyyətlidir! Mütəxəssislərimizin geniş və rahat kabinetləri, öz stasionarımızın komfortlu palataları, poliklinika şöbəsi, ən müasir diaqnostik cihazlarla təchiz olunmuş radiologiya şöbəsi, ISO 15189 sertifikasiyasından keçmiş müasir laboratoriya, klinikanın ərazisinin mühafizə edilməsi və qapalı avtomobil dayanacağı klinikamızın hədsiz üstünlüklərindəndir. Lakin bizim tərəfimizdən göstərilən xidməti şəhərin əksər digər klinikaları üçün əlçatmaz edən ən əsas amil bizim mütəxəssislərimizdir!

RMDM-də ən yaxşı həkimlər çalışır! Tibbi personalımız istər Rusiyada, istərsə də Avropa və ABŞ-da əldə edilmiş mükəmməl nəzəri biliklərə və ən zəngin praktik təcrübəyə malikdir. Həkimlərimizin hər biri öz sahəsinin həqiqi peşəkarıdır. RMDM-in istisnasız bütün mütəxəssisləri öz ixtisasını daim, həmçinin xarici ölkələrdə artırır və bunun sayəsində dünya təbabətinin ən son nailiyyətlərini tətbiq edirlər.

Biz Sizin seçiminizə hörmət edirik və bizim tibb mərkəzimizi seçdiyiniz üçün razı qalmağınız naminə əlimizdən gələni əsirgəməməyə səy göstəririk!

Nədən məhz RMDM?

about_mini_img Həkimlər və tibbi heyətin yüksək ixtisas səviyyəsi – biz yalnız özünü doğrultmuş və işini sevən mütəxəssisləri işə cəlb edirik. Klinikamızda ali kateqoriyalı həkimlər, elmlər namizədi və doktorları, şəhərin ən yüksək praktiki təcrübəyə malik aparıcı mütəxəssisləri fəaliyyət göstərir.
about_mini_img Kompleks yanaşma – bizim əsas fərqli xüsusiyyətimiz çox vaxt xəstəyə birdəfəlik konsultasiyalardan sonra onun tək buraxılması deyil, xəstəni zəruri mütəxəssislər tərəfindən kompleks müşahidə ilə təmin etməyimizdədir.
about_mini_img Səmimi münasibət – biz hər bir xəstəni görməyə şad oluruq. Bizim üçün klinikamızda xəstənin özünü rahat hiss etməsi çox vacibdir.